14 iyun 2017-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Kitabşünaslıq və biblioqrafiyaşünaslıq”, “Şəxsi arxivlərin tədqiqi” şöbələrinin birgə iclasında Azərbaycan elmi üçün yeni və çox aktual olan bir mövzuda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
Müzakirəyə təqdim olunan dissertasiya işinin mövzusu “Kitabxanalarda bibliometriya: mövcud vəziyyəti və inkişaf perspektivləri” adlanır. Bu tədqiqat işi sənəd bazasından asılı olma...Daha Ətraflı
7 iyun 2017-ci il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda şöbələr üzrə 2017-ci ilin birinci yarısında görülən işlərin hesabatı dinlənilib.
Sonra institutun elmi katibi, fil.ü.f.d. Ə.Nəcəfov “Əlyazmalar yanmır” və “Elmi əsərlər” məcmuələri barədə və onların electron versiyasını özündə ehtiva edən “manuscript.az” saytı haqqında məlumat verib.
İclasda Farsdilli Əlyazmaların tədqiqi şöbəsinin...Daha Ətraflı
"Azərbaycan" Jurnalının 5-ci sayında Paşa Kərimovun məqaləsi çap olunub. Məqalənin tam mətnini oxuculara təqdim edirik:
Səməd Vurğun və Məhəmmədhüseyn Şəhriyar
Açar sözlər: ədəbiyyat, poeziya, poema, şeir, misra Ключевые слова: литература, поэзия, поэма, стихи, строка Key words: literature, poetry, poem, line XX əsrdə mürəkkəb olduğu qədər də şərəfli bir yol keçmiş Azərbaycan poeziyasını Səməd Vur...Daha Ətraflı
İyunun 5-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” (nəsr) kitabının təqdimat mərasimi keçirilib.
Bakıdakı Yunus Əmrə İnstitutunda baş tutan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoral, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi xanım Ufuk Arca Turganer, Avrasiya Yazarlar Birliyinin sədr ...Daha Ətraflı
26 may 2017-ci il tarixində filologiya üzrə elmlər doktoru Paşa Kərimov dissertant İlahə Hacıyevanın “Anadilli “Xəmsə” ənənəsində qəliblərə riayət və istisnalar” mövzusunda yazdığı dissertasiyanın müdafiəsində rəsmi opponent kimi çıxış etmişdir. Müdafiə Bakı Dövlət Universitetində keçirilmişdir....Daha Ətraflı
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Şəxsi arxivlərin tədqiqi” və “Türkdilli əlyazmaların tədqiqi” şöbələrinin birgə iclasında adıçəkilən institutun “Şəxsi arxivlərin tədqiqi” şöbəsinin elmi işçisi Könül Sabir qızı Bağırovanın 5716.01 – “Azərbaycan ədəbiyyatı” ixtisasından filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azər Buzovnalının poetik irsi” mövzusunda dissertasiyanın ilkin müzakirəsi olub.
Qeyd ...Daha Ətraflı
Mayın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda “Məhtimqulu Fəraqi – dostluq və qardaşlıq nəğməkarı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Ədəbiyyat İnstitutunun alim və mütəxəssisləri, Türkmənistanın Azərbaycandakı səfirliyinin nümayəndələri, ölkəmizin tanınmış elm xadimləri iştirak ediblər.
AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Azərbaycan-Türk...Daha Ətraflı
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Tədbiri institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli açaraq Ümummilli Liderin həyat və fəaliyyətindən danışmışdır. O, Ulu Öndərin dövlətçilik təcrübəsinin öyrənilməsinin və təbliğinin bu gün qarşıda duran əsas vəzifə olduğunu bildirmiş və bu sahədə görülən işlər barədə q...Daha Ətraflı
Tehranda XV əsr Azərbaycan şairi Əhmədi Təbrizinin "Yusif və Züleyxa" poeması İstanbulun Mərmərə Universitetində saxlanan yeganə əlyazma nüsxəsi əsasında nəşr edilmişdir. İran alimi Firuz Rifahi Ələmdarinin nəşrə hazırladığı bu kitaba AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov 30 səhifəlik geniş ön söz yazmışdır. Alim burada XV əsr Azərbaycan ədəbiyyatı, Əhmədi Təbrizinin əsərlərinin səciyy...Daha Ətraflı
Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Rumıniya “Al.İ.Kuza” Universitetinin (Yassı) dosenti, filologiya elmləri doktoru, tərcüməçi Lyudmila Bejenarunun “Kamal Abdulla: dolğunluq fəlsəfəsi” (“Камал Абдулла: философия полноты”) monoqrafiyasının təqdimatı keçirilib.
Alimlər, şairlər və yazıçıların iştirak etdiyi təqdimat mərasimini giriş sözü ilə açan Bilik...Daha Ətraflı
“Təfəkkür” universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş “Müasir dövrdə Elm və Təhsilin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Konfransı giriş sözü ilə universitetin rektoru professor Rahim Hüseynov açaraq, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan elminin və təhsilinin inkişafında əvəzsiz xidmətlərindən danışdı. O, Ulu Öndərimiz Heydər Əliyevin xeyir-duası ilə 1995-ci ildə yaradılan “T...Daha Ətraflı
Mədəniyyət və Turizm Nazirliyi, Səməd Vurğunun ev-muzeyi və Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Səməd Vurğun və ədəbi türk dünyası” adlı respublika elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə şairin ev-muzeyi ilə yaxından tanış olublar.
Ev-muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova konfransı giriş sözü ilə açaraq, Səməd Vurğunun xatirəsinə həsr olunmuş və artıq ...Daha Ətraflı
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun Elmi Şurasının qərarı ilə “İlahiyyata dair əlyazmalar kataloqu”nun II cildi çap olunub. Kataloqu institutun əməkdaşı Nailə Süleymanova tərtib etmişdir. Kitaba ərəb, fars və türk dillərində qiraət, təcvid və təfsirə dair əlyazmalaraın elmi-paleoqrafik təsviri daxil dilmişdir. Qeyd edək ki, bu cilddə indiyədək haqqında heç bir yerdə bəhs edilməyən bir çox əsərlər də yer almışdır ki, onlar paleoqrafik xüsusiyyətəri, tərtibatı və...Daha Ətraflı
“Elm və təhsil” nəşriyyatı Əlyazmalar İnstitutuna uzun müddət rəhbərlik etmiş, Əməkdar Elm Xadimi, mərhum professor Cahangir Qəhrəmanovun “Arxeoqrafik sənədlərin təsviri” adlı əsərini nəşr etmişdir. Kitab AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə işıq üzü görmüşdür. Əsərdə XVI-XIX əsrlərdə tərtib olunmuş və adıçəkilən institutda mühafizə olunan şah fərmanlarının, hökmlərin, qəbalələrin (alqı-satqı sənədləri), hibənamələrin (b...Daha Ətraflı
14 aprel 2017-ci il tarixində Türkiyə Respublikasının Ankara şəhəri Qazi Universitetinin əməkdaşları professor Mustafa Sevən, doktor Özcan Dəmir və Qars şəhəri Qafqaz Universitetinin araşdırmaçısı Əli Gök AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olmuşlar. Qonaqları Əlyazmalar İnstitutunun direktor müavinləri, filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli və Paşa Kərimov qarşılamışlar. Qonaqlar Əlyazmalar İnstitutunda folklor abidələri, xalq inancları, tə...Daha Ətraflı
14 aprel 2017-ci il tarixdə London İsmaili Təriqətinin Araşdırma Mərkəzinin əməkdaşı, Latviya Universitetinin professoru Yaniş Esots və Qüds Hayfa Universitetinin doktoru Roy Vilozni AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olmuşlar. Qonaqları institutun elmi işlər üzrə direktor müavinləri filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov və elmi katib fil.ü.f.d. Əzizağa Nəcəfov qarşılamışlar.
Görüşdə Əlyazmalar İnstitutunun tarixi, fəaliy...Daha Ətraflı
10 aprel 2017-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Ərəbdilli əlyazmaların tədqiqi” və “Farsdilli əlyazmaların tədqiqi” şöbələrinin birgə iclası keçirilmişdir. İclasda Əlyazmalar İnstitutunun fəlsəfə doktorluğu hazırlığı üzrə dissertantı, QMİ-nin sədr müavini, İslam Universitetinin “İslamşünaslıq” fakultəsinin dekanı Fuad İzzət oğlu Nurullayevin 7213.01 – dinşünaslıq ixtisasından fəlsəfə doktoru elmi dərəcəsi üçün təqdim etdiyi “...Daha Ətraflı
2017-ci il aprel ayının 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində tanınmış şərqşünas-alim, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin növbəti tədqiqat işinin - «Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə» kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə alim və mütəxəssislər, politoloqlar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Kütləvi tirajla çapdan çıxan kitab geniş oxucu kütləs...Daha Ətraflı
Iclası Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli açaraq dissertant və dissertasiya haqqında qısa məlumat verib. Sonra o, sözü Aygül Hacıyevaya verib. Dissertant elmi işinin mövzusu, predmeti, elmi əhəmiyyəti və yenilikləri barədə müfəssəl danışıb. O, Ruhi Bağdadi “Divan”ında Füzuli təsirinin güclü olduğunu və buna görə divanın dilinin Azərbaycan ədəbi dili ilə xalq dili arasında ortaq mövqeyə malik olduğunu vurğulayıb.
Dissertasiya işinin elmi məsləhətçisi ...Daha Ətraflı
4 aprel 2017-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Müqayisəli ədəbiyyatşünaslığın aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Konfransa təqdim olunan məqalələrdə ədəbiyyat incəsənətin bir sahəsi kimi təhlil və təqdim edilmişdir. Məruzələrdə müqayisəli ədəbiyyatşünaslığın predmeti olan ədəbi əsərlər, janr və üslublar, yazıçının yaradıcılıq xüsusiyyətləri, ədəbi cər...Daha Ətraflı