AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnsti­tutun­da böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan "İmadəddin Nəsimi: sələflər və xələflər - Orta əsrlər əlyazmaları və Azər­­­baycan mədəniyyətinin tarixi problemləri" mövzusunda XVII elmi-nəzəri respublika kon­­fransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Əlyazmalar İnstitutunun ekspozisiya zalında Nəsimi yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar. Sərgidə Əlyazmal...Daha Ətraflı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamına əsasən, Azərbaycanın Serbiyadakı Səfirliyinin təşəbbüsü və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə 18 iyun tarixində dahi Azərbaycan şairi Nəsiminin serb dilinə tərcümə edilmiş seçmə şeirlərindən ibarət kitabının təqdimat mərasimi keçirili...Daha Ətraflı

Zaman ötdükcə bir daha əmin oluruq ki, ulu öndər Heydər Əliyevin sovet dövründə də, müstəqillik zamanında da Azərbaycanda siyasi hakimiyyətə gəlməsi tarixi zərurət idi. Onun 1993-cü il iyunun 15-də xalqın tələbi ilə hakimiyyətə qayıtdığı günün Milli Qurtuluş Günü adlandırılması çox böyük tarixi həqiqətdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filolo...Daha Ətraflı

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyi Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən silsilə tədbirlərlə qeyd edilir. Ədibin yaradıcılığı alimlər tərəfindən tədqiq olunur, haqqında elmi məqalələr yazılır.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov...Daha Ətraflı

Azərbaycan Universitetində “İslam irfan ənənəsinin inkişafında İmadəddin Nəsiminin rolu”mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Prezident İlham Əliyevin imzaladığı Sərəncama müvafiq olaraq universitetin “Nəsimi ili” tədbirlər planı çərçivəsində keçirilib.

Dəyirmi masanın qonağı ədəbiyyat tarixinin tədqiqa...Daha Ətraflı

Mayın 31-də keçirilən Rəyasət Heyətinin iclasında AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Nəsimi humanizminin ümumbəşəri əhəmiyyəti" mövzusunda elmi məruzə ilə çıxış edib.

Akademik bildirib ki, antik fəlsəfi-sosial fikrin təsiri altında islam aləmində yüksək səviyyəyə çatmış humanist istiqamətli bədii-fəlsəfi yaradıcılıq Azərbaycanda XII əsrdə Nizami Gəncəvi irsi ilə özünün zirvə nöqtəsinə çatıb. Vurğulayıb ki, İslam Şərqin...Daha Ətraflı

23 may 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Mən bu cahana sığmazam” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirin aparıcısı filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov dahi şairin həyat və yaradıcılığı, dünya poeziyasında yeri, fəlsəfi baxışları, Azərbaycan xalqının mənəviyyat xəzinəsində tutduğu mövqe, şairin ədəbi irsinin tədqiqi sahəsində ölkədə görülən işl...Daha Ətraflı

22 may 2019-cu il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan dramaturqu və publisisti Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı əlyazma və sənədlərdə” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli açıb. O, böyük ədibin Azərbaycan ədəbi-ictimai fikrini...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının növbəti nömrələri çapdan çıxıb.

“Əlyazmalar yanmır” elmi məqalələr toplusunun bu nömrəsində “Mətnşünaslıq”, “Ədəbiyyatşünaslıq”, “Mənbəşünaslıq”, “Tarixşünaslıq”, “Kitabşünaslıq”, “Dilçilik”, “Keçmişdən gələn səslər” və “Yubileylər” rubrikaları yer alır. Bu nömrədə filologiya üzrə elmlər...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun "Nəsimişünaslığa yeni baxış" məqaləsi "Azərbaycan" qəzetində çap edilib. Məqalə ilə aşağıdakı linkdən tanış ola bilərsiniz

Azərbaycan qəzeti - 16 may 2019 ...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Azərbaycan Televiziyasının “Səhər” proqramının qonağı olub.

AZTV: "Səhər" (06.05.2019) ...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Əlyazmalar İnstitutunun direktoru, AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi və iqtisadi cəhətdən güclənməsində göstərdiyi xidmətlərindən danışıb. O, bildirib...Daha Ətraflı

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda "Ulduz" jurnalının aprel sayının təqdimat mərasimi keçirilib. Təqdimatda AYB rəhbərliyi, jurnalın əməkdaşları, tanınmış qələm adamları və mətbuat nümayəndələri iştirak ediblər. Jurnalın baş redaktoru Qulu Ağsəs çıxış edərək deyib ki, 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə bağlı olaraq jurnalın xüsusi buraxılışı dahi şair və mütəfəkkirə həsr olunub. Xüsusi buraxılış jurnalın digər saylarından tərt...Daha Ətraflı

Институт рукописей им. Мухаммеда Физули НАН Азербайджана является одним из крупнейших рукописных хранилищ мира. Собранные здесь письменные памятники по содержанию и уникальности находятся наряду с экспонатами знаменитых библиотек мира. В Институте хранятся около 40 тысяч материалов. Из них 12...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmləri doktoru, professor Paşa Kərimov 25-27 aprel tarixlərində Kazan şəhərində görkəmli arxeoqraf alim Marsel Əhmədcanovun 80 illiyinə həsr edilmiş “Türk-tatar əlyazma irsi: müasir mərhələdə mühafizəsi və araşdırılması problemləri” mövzusunda keçirilən elmi-praktiki seminarda iştirak edib. Tatarıstan Respublikası Elmlər Akademiyasının Q.İbrahimov a...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Filologiya Problemləri üzrə Elmi Şuranın cari il üçün növbəti – dördüncü iclası keçirilib.

Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şuranın sədri, akademik Rafael Hüseynov professor Aida Qasımovanın yenicə çapdan çıxmış “V-XIII əsrlər ərəb ədəbiyyatı” dərsliyi barədə məlumat verib, müəllifi bu dəyərli nəşr münasibətilə təbrik edib. Rafael Hüsey...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu görkəmli Azərbaycan aşığı və şairi Molla Cümənin (1854-1920) gürcü əlifbası ilə köçürülmüş şeirlər toplusunun əlyazmasını əldə edib. Əlyazmalar İnstitutunun əyani doktorantı Novruz Bəkirov Qax rayonunun Meşəbaş kəndindən əlyazmanı əldə edərək instituta təqdim edib. Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov məlumat verir ki, 38 şeirdən ibarət bu topludakı 8 şeirə şairin indiyədək nəş...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XVI əsr görkəmli türk çoğrafiyaçısı, dənizçisi və admiralı Piri Rəisin dünyaca məşhur “Kitabi Bəhriyyə” (“Dənizçilik haqqında kitab”) əsəri rus dilində çapdan çıxıb. Əsəri qədim osmanlı dilindən rus dilinə Əlyazmalar İnstitutunun əməkdaşı Tahirə Əliyeva tərcümə edib. Kitabın tərtibatı və ön sözü T.Əliyevaya məxsusdur, elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovdur.

1521-ci ildə yazı...Daha Ətraflı

Aprelin 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzulu adına Əlyazmalar İnstitutunda görkəmli ədəbiyyatşünas, Əməkdar elm xadimi, akademik Həmid Araslının anadan olmasının 110 illiyinə həsr edilmiş elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli elmi sessiyanın Prezident İlham Əliyevin akademik Həmid Araslının 110 illiyinin q...Daha Ətraflı

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsinin Tələbə Elmi Birliyinin birgə təşəbbüsü ilə İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı, gənc alim Günel Məmmədovanın mühazirəsi dinlənilib.

Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, “Nəsiminin dili quş dilidir, onu Süleyman bi...Daha Ətraflı