
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda IV Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti görüşü keçirilib. Bu görüşdə gənclər görkəmli şairimiz Əli Kərimin oğlu, filologiya elmləri doktoru Paşa Əlioğlu ilə həmsöhbət olublar.
Görüşdə GƏM-in dinləyicilərindən əlavə, Azərbaycan Dövlət Pedaqoji Universitetin filologiya fakültəsinin tələbələri, keçmiş GƏM-in müdavimləri, oxucular, Əli Kərim yaradıcılığını sevənlər iştirak ediblər.
AYB katibi,...Daha Ətraflı

8 oktyabr, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda 4-cü Gənc Ədiblər Məktəbinin (GƏM) üzvləri ilə filologiya elmləri doktoru Paşa Əlioğlunun görüşü keçiriləcək.
525.az-ın məlumatına görə, görüşdə Əli Kərimin yaradıcılığından söz açılacaq, gənclərin sualları cavablandırılacaq.
Görüş iştirakçılarına şairin “Metronun yaylı qapıları” kitabı hədiyyə olunacaq.
Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov 27-28 sentyabr tarixində Türkiyənin paytaxtı Ankara şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə keçirilmiş "Ortak tarih, kültür, egitim ve medeniyyet" simpoziumunda iştirak etmiş, "Xoca Əhməd Yəsəvi yaradıcılığı və Azərbaycan ədəbiyyatı" mövzusunda çıxış etmişdir.
www.manuscript.az
...Daha Ətraflı

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə töhfə olaraq ərsəyə gətirilmiş “Cahana sığmaz Nəsimi” kitabı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) işıq üzü görüb. Nəsimi cizgilərini və dövrünün mənzərələrini əks etdirən illüstrasiyalarla tərtib olunmuş kitaba şairin 300-dən çox qəzəli daxil edilib. Kitabın redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru Paşa Əlioğludur.
Ön sözdən:
“Möhtəşəm ədəbi irsi, mütərəqqi, huma...Daha Ətraflı

Xalqımız, geniş oxucu kütləsi Həsən bəy Məlikov Zərdabini görkəmli müəllim və maarifçi, milli mətbuatın, milli teatrın, xeyriyyə cəmiyyətinin banisi, filosof, təbiətşünas kimi tanıyır.
Lakin çoxları bilmir ki, o, 1897-ci ildən ömrünün sonuna qədər Bakı Şəhər Dumasına üzv, qlasnı seçilmiş, çar Rusiyası hakimiyyətinin təsis etdiyi bu seçkili orqanda fəal iştirak etmiş, şəhər əhalisinin həyat şəraiti, məişəti, su təminatı, təhsil, səhiyyə müəssisələri və digər m...Daha Ətraflı

AMEA Hüseyn Cavidin Ev Muzeyində “İblis” əsərinin ilk dəfə tamaşaya qoyulmasının 100 illiyi münasibətilə Xalq artisti Ramiz Məliklə görüş keçirilib.
Tədbirdə muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı çıxış edərək “İblis” əsərinin yazılma və səhnə tarixi barədə məlumat verib. Qeyd edib ki, dram əsəri çap edilməmişdən öncə 21 dekabr 1920-ci ildə səhnəyə qoyulub: “Baş rejissoru Abbas Mirzə Şərifzadə olub, əsas rolları isə A.Şərifzadə və Mirseyfəddin K...Daha Ətraflı

Bütün türk dünyasında adı sayğıyla çəkilən Xoca Əhməd Yəsəvi (?-1167) böyük təsəvvüf alimi, əsərlərini türkcə yazan, bu dildə yazıb-yaradanlara misilsiz örnək olan şairdir. Onun qurduğu yəsəviyyə təriqətinin müridləri arasında azərbaycanlılar da olmuşdur. Tədqiqatçıların "tipik bir türk təriqəti" adlandırdıqları yəsəvilik qısa müddətdə Ceyhun, Volqa, Xarəzm, Şərqi Türküstan, Anadolu ilə bərabər Azərbaycana da gəlib çıxmışdı. XIII əsrdə türk dünyasında yayılan yəsəv...Daha Ətraflı

AMEA Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Aşıq Qurbani” dastanının 1880-ci ildə İstanbulda nəşr edilmiş 40 səhifədən ibarət nüsxəsini əldə edib. Dastanın Azərbaycanda yayılmış və çap edilmiş variantında Araz kənarında yaşayan Hüseynalı xanın yoxsul qardaşının oğlu Qurbaniyə yuxuda buta verilir və o, Gəncə xanı Ziyad xanın qızı Pəri xanıma vurulur, çətinliklərdən sonra ona qovuşur. İstanbul variantında isə Əcəm diyarında yaşaya...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşr etdirdiyi ilahiyyata dair əlyazmalar kataloqunun III cildinə institutda mühafizə olunan ərəb, fars və türk dillərində yazılmış hədisə dair əlyazma əsərlərinin təsviri daxildir. Kataloqun hazırlanma prossesi zamanı yeni əlyazma nüsxələri aşkar edilib, o cümlədən bəzi müəllifsiz əlyazmaların müəllifləri müəyyən edilib. Kataloqun tərtibçisi ilahiyyat üzrə fəlsəfə doktoru Nailə Süleymanovadır. Elmi redaktorları filologiya üzrə el...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov XIII əsrdə yaşamış Azərbaycan şairi Əlinin “Qisseyi-Yusif” poemasının Moskva Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin nadir kitablar fondunda saxlanan əlyazmasının surətini əldə edib. Son zamana qədər araşdırmadan kənarda qalan bu nüsxə 1832-ci ildə Sankt-Peterburqda daha qədim bir əlyazmadan köçürülüb. Poemanın digər nüsxələri ilə müqayisədə daha mükəm...Daha Ətraflı

XIII əsr Azərbaycan şairi Əlinin “Qisseyi-Yusif” poeması İran İslam Respublikasının Tehran şəhərində işıq üzü görüb. Tədqiqatçı Firuz Refahi Ələmdari Moskva Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Fakültəsinin Kitabxanasında, nadir kitablar bölümündə mühafizə olunan əlyazma əsasında poemanı həm ərəb, həm də latın qrafikasında hazırlayaraq ilk dəfə nəşr etdirib.
AMEA Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kə...Daha Ətraflı

Əlyazmalar, yazılı abidələr, ayrı-ayrı müəlliflərin müxtəlif xətlərlə (çətin, ya asan) köçürülmüş əsərləri elə bir aləmdir ki, bu dünyaya bir dəfə daxil olub onun vurğunu olan bir daha buranı tərk etmək istəmir. Görkəmli şərqşünas, əlyazmaşünas alim İ.Y.Kraçkovski yazırdı ki, əlyazmalar üzərində çalışmaq, illərlə onları oxuyub öyrənmək insanı nəcibləşdirir. Ömrünü yazılı abidələrimizin tədqiqinə həsr edən, əlyazmaları, sənədləri oxuduqca nəcibləşən alimlərimi...Daha Ətraflı

Xalqını tükənməz bir məhəbbətlə sevən, onun əsarətdən qurtarması, tərəqqisi, müasir elmə, təhsilə sahib olması, dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada durması üçün əlindən gələni edən, hər cür əzab-əziyyətlərə dözən ziyalılarımızdan biri də Həsən bəy Zərdabi olmuşdur.
Həsən bəy XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti tarixində xüsusi xidmətləri olmuş misilsiz şəxsiyyətdir. O, mədəniyyətimizin bir sıra sahələrini...Daha Ətraflı

XIX əsrin sonları və XX əsrin birinci yarısında yaşamış şair, Qarabağ ədəbi mühitinin yetirməsi İbrahim Tahir Musayevin (1869-1943) böyük fars şairi Ömər Xəyyamın rübailərindən dilimizə etdiyi tərcümələri kitab halında nəşr olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, kitabın tərtibçisi şairin nəticəsi Akif Quliyevdir.
Kitabı nəşrə hazırlayanlar filologiya üzrə elmlər doktoru Paşa Kəri...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Azadə Musabəylinin tərtib etdiyi dörd cildlik “Əlyazmalar İnstitutundakı türkdilli əlyazmaların kataloqu” çapdan çıxıb. Toplu kataloqun elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.
Topluya Əlyazmalar İnstitutunda saxlanılan ümumi sayı 6121 olan bütün türkdilli əlyazmalarla bağlı biblioqrafi...Daha Ətraflı

Edebiyyatqazeti.az xəbər verir ki, XVII əsrdə yaşamış Azərbaycan alimi və şairi Məczub Təbrizinin anadilli “Divan”ı Təbrizin “Qalan yurd” nəşriyyatında çapdan çıxıb.
Məczub Təbrizinin “Divan”ını nəşrə hazırlayan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovdur.
İnstitutdan bildiriblər ki, əsər Leyden Universiteti Kitabxanası və Qahirə Milli Kitabxanasında saxlanılan əlyazma nüsxələr...Daha Ətraflı

Qardaş türk xalqlarının ədəbi əlaqələrinin öyrənilməsi türkologiyanın, ədəbiyyatşünaslığın, ədəbiyyat tarixçiliyinin qarşısında duran ən vacib məsələlərdən biridir. SSRİ-nin süqutundan sonra bir sıra türk xalqlarının yenidən müstəqilliyinə qovuşması bu əlaqələri daha ətraflı, dərindən araşdırmağa, əvvəllər tədqiq edilmiş məsələləri yenidən nəzərdən keçirməyə münbit şərait yaradır. Son dövrlərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparılan türk xal...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Real Tv-nin “Əbədiyyət Nəsimi” proqramının qonağı olub.
Real Tv: "Əbədiyyət Nəsimi"
...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Mədəniyyət kanalının qonağı olub.
Mədəniyyət TV: "Səhər"(04.07.2019)
...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Azərbaycan Televiziyasının “Tarixin izi ilə” proqramının Abbasqulu Ağa Bakıxanova həsr edilmiş buraxılışının qonağı olub.
AZTV: Tarixin izi ilə (06.07.2019)
...Daha Ətraflı