AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Paşa Kərimov İTV-nin "Yeni gün" proqramının qonağı olub.

İTV: “Yeni Gün” proqramı: (08.08.2017)

heb.science.gov.az ...Daha Ətraflı

Avqustun 8-də İsraildə fəaliyyət göstərən İsrail - Azərbaycan Dostluq Cəmiyyətinin sədri Anatoli Binyaminov AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət etmişdir. Qonağı institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov qarşılamışdır. Ziyarət zamanı A.Binyaminov İsraildə saxlanan bəzi şərq əlyazmaları barədə məlumat vermiş, Azərbaycanda saxlanan əlyazmalar barədə bilgi almışdır. Söhbətin sonunda Anatoli Binyaminov İsraildə saxlanan...Daha Ətraflı

AMEA Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin şeirlər toplusu divanının surətini əldə etmişdir. İsmaililərin başçısı Sədrəddin Ağaxanın İsveçrənin Cenevrə şəhərində yerləşən kolleksiyasından alınmış bu divanda şairin fars və Azərbaycan dillərində yazdığı şeirlər toplanmışdır. Maraqlıdır ki, İbrahim...Daha Ətraflı

Ədəbiyyatımız zaman və şəxsiyyət işığında


Akademik İsa Həbibbəylinin tədqiqatları, iri həcmli əsərləri və məqalələri bir daha sübut edir ki, müstəqillik dövrü ədəbiyyatşünaslığımız, ədəbiyyat tarixçiliyimiz bir çox məsələlərə yeni gözlə baxmalı, hətta bir sıra məlum faktaları belə tamamilə fərqli şəkildə nəzərdən keçirilməlidir. Alimin hələ sovet illərində yazdığı əsərlərində stereotiplərlə razılaşmamaq, haqqında artıq söz deyilmiş mə...Daha Ətraflı

Filologiya elmləri doktoru Paşa Kərimov ilə filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimovun "Mədəni İrs" Qəzetində "Mirzə Baxış Nadim haqqında yeni faktlar" məqaləsi çap edilmişdir. Məqaləni aşağıdakı linkdən yükləyə bilərsiniz:

Mirzə Baxış Nadim haqqında yeni faktlar

...Daha Ətraflı


XIX əsrin görkəmli şairlərindən və realist satiranın banilərindən biri olmaqla bərabər, gözəl lirik şair olmuş həmyerlimiz, navahılı Mirzə Baxış Nadimin yaradıcılığının oxucularımıza layiqincə çatdırılması arzularımdan biridir.

Neçə il əvvəl Navahı kənd Mədəniyyət Evində Mirzə Baxış Nadimin yaradıcılığına həsr olunmuş böyük bir tədbir keçirmişdik. O zaman Nadimlə bağlı əldə etdiyim və ərəb əlifbası ilə gözəl xətlə yazılmış bir əlyazmasını sonradan ra...Daha Ətraflı

“Ekoprint” nəşriyyatı Cənubi Azərbaycan şairi Saleh Asim Kəffaş Pərvizin “Qanlı səhər” adlı şeirlər kitabını nəşr edib. Kitab AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin “Cənubi Azərbaycan yazarları” layihəsi əsasında işıq üzü görüb.

“Qanlı səhər”i transfonaliterasiya edib nəşrə hazırlayan və ön sözün müəllifi Sona Xəyaldır. Filologiya elmləri doktoru Paşa Kərimov kitabın rəyçisidir. Kitab müəllifin 75 ...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında həmin elm müəssisəsinin Filologiya üzrə elmlər doktoru və Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının növbəti iclası olub.

İclası giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq, əvvəlcə gündəlikdə...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Azərbaycan Televiziyasının “Səhər” proqramının qonağı olub.

AZTV: “Səhər” proqramı: (10.07.2017)(1)

AZTV: “Səhər” proqramı: (10.07.2017)(2)

...Daha Ətraflı

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun hazırladığı "Görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığında" kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. İnstitutdan AZƏRTAC-a bildirilib ki, akademik İsa Həbibbəylinin redaktorluğu ilə işıq üzü görən kitabdakı elmi-tədqiqi məqalələr filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı tərəfindən toplanaraq hazırlanıb. Kitabda Azərbaycanın tanınmış ədəbiyyatşünas aliml...Daha Ətraflı

Mədəniyyət və Turizm Nazirliyi, Səməd Vurğunun ev-muzeyi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Səməd Vurğun və ədəbi türk dünyası” mövzusunda respublika elmi konfransının materialları toplu halında çapdan çıxıb. İnstitutun elmi şurasının qərarı ilə nəşr olunan toplunun elmi redaktoru akademik İsa Həbibəyli, rəyçilər filologiya elmləri doktorları Almaz Ülvi və Yaşar Qasımbəyli, redaktoru ...Daha Ətraflı

Əli Kərim 1931-ci ildə Göyçay şəhərində doğulub. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, III kursdan Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirib və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.

Ədibin ilk əsəri olan "Təzə müəllim" şeiri "Azərbaycan pioneri" qəzetində dərc edilib. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında onun "İlk simfoniya" poeması mükafata layiq görülüb...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimov indiyədək cəmi bir neçə şeiri məlum olan XIX əsrdə yaşamış görkəmli satirik şair Mirzə Baxış Nadimin Əlyazmalar İnstitutunda iki əlyazma şeir toplusunu aşkar etmiş, buradakı əsərləri bir kitab halında tərtib etmiş, Mirzə Baxışın qeyri-mətbu şeirləri barədə geniş məqalə yazaraq mətbuata t...Daha Ətraflı

İyunun 23-də AMEA Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600 illiyinə həsr olunan “Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfrans AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Azadə Rüstəmovanın xatirəsinə ithaf olunub. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, İran və Hindistandan olan mütə...Daha Ətraflı

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə XIII-XIV əsrlərdə yazıya alınması təxmin edilən məşhur dini-tarixi qəhrəmanlıq dastanı “Xavərnamə” çap olunmuşdur. Dastanda yüksək mənəviyyatı, əxlaqı, insanpərvərliyi ilə bütün Şərqdə şöhrət tapmış dörd raşidi xəlifədən biri Hz. Əli ibn Əbu Talibin şücaət və ədalətindən söhbət açılır. Dastan mədəniyyətimizin, ədəbiyyatımızın, din tariximizin, o cümlədən dastanşünazlığımız...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovun "Бакинские Рукописи Дивана Махтумгули Фраги" məqaləsinin tezisi Türkmənistanın paytaxtı Aşqabadda keçirilmiş «Наука, техника и инновационные технологии в эпоху могущества и счастья» beynəlxalq konfransının materiallar toplusunda dərc edilmişdir.

Tezisin tam mətnini təqdim edirik:
...Daha Ətraflı

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimovun “Qasim bəy Zakir: həyatı, dövrü, mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyasının seminar iclası keçirilib. İclasda AMEA Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov çıxış etmişdir. Çıxışın tam mətnini təqdim edirik.

Raqub Kərimovun “Qasim bəy Zaki...Daha Ətraflı

Görkəmli publisist, tanınmış jurnalist, bir çox beynəlxalq yaradıcılıq təşkilatlarının mükafatlarına layiq görülmüş Fazil Rəhmanzadənin qələm məhsulu olan yazılarının, məqalə və kitablarının bir neçə səciyyəvi cəhətini qeyd etmək istərdik: vətənpərvərlik, doğma yurdun gözəllikləri, sərvətləri, insanları ilə hədsiz iftixar hissi, toxunduğu hər bir mətləbi dərindən, bütün təfərrüatı ilə bilməsi.

Tərəddüd etmədən iddia etmək olar ki, F.Rəhmanzadənin publ...Daha Ətraflı

İyunun 20-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İns­ti­tutunda Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevlə görüş keçirilib. Tədbir çərçivəsində alimin yeni çapdan çıxmış “Kitabi-Dədə Qorqud” po­eti­ka­sına giriş” kitabının müzakirəsi olub.

AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə baş tutan görüşdə bu elmi müəssisənin direktoru, akademik Muxtar İmanov Kamal Abdullayevin bədii, elmi və ictimai-siyasi fəaliyyəti, alimin “Kitabi-...Daha Ətraflı

Şabranda böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaniyə həsr olunan elmi konfrans keçirilib.AZƏRTAC xəbər verir ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şabran Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi konfransın iştirakçıları əvvəlcə “Şabran şəhəri” tarixi qoruğu ilə yaxından tanış olublar. Konfrans iştirakçılarının diqqətinə çatdırılıb ki, bədxah saray şairlərinin haqsız hücumlarına məruz qalan Xaqani Şirvani 1156-cı ildə Məkkəyə ziyarət bəhan...Daha Ətraflı