AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru Paşa Kərimov Xəzər TV-yə görkəmli şair Əli Kərimin xatirə gecəsi tədbiri ilə bağlı müsahibə verib.

Şair Əli Kərimin xatirə gecəsi - Xəzər TV ...Daha Ətraflı

Beynəlxalq Muğam Mərkəzində Milli Məclisin Mədəniyyət komitəsinin dəstəyi ilə görkəmli Azərbaycan şairi Əli Kərimin azərbaycanca, Türkiyə türkcəsində və rusca çıxmış kitablarının təqdimat mərasimi və xatirə gecəsi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva XX əsr Azərbaycan şeirinin görkəmli nümayəndəsi Əli Kərimin yaradıcılığından, onun ədəbiyyat tariximizdəki yerindən bəhs edib. Vurğulayı...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, institutun icraçı direktoru, fil.e.d. Paşa Kərimov, elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə və institutun elmlər doktoru hazırlığı üzrə doktorantı, fil.ü.f.d. Şəhla Məcidova AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və Özbəkistan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Bakıda – Nizami Gən...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Aybəniz Rəhimovanın “Qəhrəmannamə” yazılı dastan abidəsi (elmi-paleoqrafik, filoloji araşdırma və mətnin transfoneliterasiyası) kitabı işıq üzü görüb. Ömrünün 40 ilini “Kitabi-Dədə Qorqud” dastanının tədqiqinə həsr etmiş filologiya elmləri doktoru, əməkdar elm xadimi Şamil Cəmşidova ithaf olunmuş kitabda Yaxın Şərq...Daha Ətraflı

Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimovun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mətbu orqanı “Mədəniyyət” qəzetində Beynəlxalq Əlyazma gününə həsr olunmuş “Hər yazılan tarix olmasa da...” başlıqlı müsahibəsi dərc olunub. Alim müsahibədə Əlyazmalar İnstitutu, burada qorunub saxlanılan əlyazmalar, onların tarixi və tədqiqi, əl yazısının əhəmiyyətindən söz açıb, mövzu ilə bağlı sualla...Daha Ətraflı

Bu gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar – Ümumxalq hüzn gününə həsr olunmuş “20 Yanvar xalqımızın şanlı tarix səhifəsi” adlı vətənpərvərlik ruhunda tədbir keçirilib. İlk öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərim...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun "Nәş`ә Tәbrizi" məqaləsi “Azərbaycan” jurnalında çap edilib.

Məqalə ilə buradan tanış ola bilərsiniz ...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, görkəmli etnoqraf, Zərdabişünas alim, təcrübəsi bəyənilmiş pedaqoq, tarix üzrə fəlsəfə doktoru, dosent Esmira Cavadovanın 80 illik yubileyi əməkdaşı olduğu institutda təntənəli şəkildə qeyd olunub. Tədbiri institutun baş direktoru, akademik Teymur Kərimli açaraq yubilyar haqqında, onun elmi yaradıcılığı, pedaqoji və ictimai fəaliyyəti barədə öz fikirlərini söyləyib və çıxış üçün sözü məruzəçilərə veri...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Pərvanə Teyyubovanın “Ömər Faiq Nemanzadə arxivinin təsviri” kitabı işıq üzü görüb. Kitabda ilk dəfə olaraq görkəmli ədib, ictimai-siyasi xadim, mollanəsrəddinçi, publisist Ömər Faiq Nemanzadənin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan şəxsi arxiv materialları t...Daha Ətraflı

Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Əliyevanın “Firidun bəy Köçərli arxivinin təsviri” kitabı işıq üzü görüb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabda Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, ictimai xadim, maarifçi, yazıçı-publisist, tənqidçi və tərcüməçi Firidun bəy Əhmədağa oğlu Köçərlinin...Daha Ətraflı

9 dekabr 2022-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələ Əlyazmalar İnstitutunun 2022-ci il ərzində elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatın dinlənilməsi və təsdiqi olub.

İclası giriş nitqi ilə İnstitutun baş direktoru, akademik Teymur Kərimli açıb, gündəliyi elan etdikdən sonra çıxış üçün sözü elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfova verib. Ə.Nəcəfov ...Daha Ətraflı

Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə ““Bəhrül-həqaiq”, yaxud “Şərhi-Gülüstan”” kitabı işıq üzü görüb. Farsdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevər Cabbarlının tərtib edib nəşrə hazırladığı əsərin türk dilinə tərcüməsi Mirzə Sadıq Rahil Molla Süleyman Badkubeyiyə məxsusdur. Kitab 8 babdan (fəsil) ibarətdir və hər fəsildə müvafiq olaraq Həzrəti-...Daha Ətraflı

11 noyabr 2022-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovun 70 illik yubileyi qeyd olunub.

Tədbiri giriş nitqi ilə institutun icraçı direktoru, filologiya elmlər doktoru Paşa Kərimov açaraq yubilyarın elmi, elmi-təşkilati, bədii yaradıcılıq və tərcüməçilik fəaliyyətindən danışıb, ona gələcək işlərində uğurlar diləyib və əsas m...Daha Ətraflı

Bu gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 8 Noyabr – Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda və Vətən Müharibəsində şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altı...Daha Ətraflı

Sentyabrın 30-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyindəki ED 1.31 saylı Dissertasiya Şurasında növbəti müdafiə baş tutdu. Mətnşünaslıq, mənəvi-mədəni irsə dair qədim əlyazmaların işlənməsi (tərcüməsi, tədqiqi və nəşrə hazırlanması) ixtisası üzrə keçirilən hər müdafiə məni çox sevindirir. İş ondadır ki, illərcə mətnşünaslıq sahəsində çalışan dəyərli alimlərimiz olsa da, bu ixtisas elmi dərəcələr vermək üçün nəzərdə tutulan rəsmi siyahılarda yer ...Daha Ətraflı

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov indiyədək ədəbiyyat tariximizə məlum olmayan, Şəmsəddin Şəmsi və ya Dərviş Şəmsi adı ilə tanınmış, XV-XVI əsr Azərbaycan şairinin “Dəh Mürğ” (On quş) poemasının 5 əlyazma nüsxəsini əldə edib. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Təzkirələrdə verilən məlumata görə, şair Azərbaycanda doğulub, sonralar Türkiyəyə köçüb. Əsər əvvəlcə Osmanlı imperatoru Sul...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun "Vəhid Qəzvini yaradıcılığının mövzu dairəsi və janr xüsusiyyətləri" məqaləsi Əlyazmalar İnstitutunun “Elmi əsərlər” jurnalında çap edilib.

Məqalə ilə buradan tanış ola bilərsiniz...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun "Qövsi Təbrizi yaradıcılığının tədqiqi və nəşri tarixi barədə" məqaləsi “Əlyazmalar yanmır” jurnalında çap edilib.

Məqalə ilə buradan tanış ola bilərsiniz ...Daha Ətraflı

Bu günlərdə ön sözü (“Xurşidbanu Natəvanın irsi kitabxana və şəxsi fondlarda”) AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimova məxsus “Xurşidbanu Natəvan (Xurşidbanu Natəvan Mehdiqulu xan qızı Cavanşir)” adlı biblioqrafiya işıq üzü görüb.Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyi münasibətilə hazırlanan və ilk təqdimat mərasimi ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilən biblioqrafiya Azərbaycanın...Daha Ətraflı

Bu günlərdə Əl-Fərabi adına Qazax Milli Universitetinin Şərqşünaslıq fakültəsinin dosenti, həmin universitetin nəzdində Mədəni irs və əlyazmalar Fondunun sədri, fil.ü.f.d. Zübeydə Şafkam AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub. Qonağı Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli qəbul edib. Görüşdə institutun icraçı direktoru, fil.e.d. Paşa Kərimov, elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov, Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin...Daha Ətraflı