Bu gün AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bu müəssisənin əməkdaşı İradə Vəzirovanın “Abbasqulu ağa Bakıxanovun şəxsi arxivinin təsviri” kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Abbasqulu ağa Bakıxanovun tarix elminə və ictimai həyata, Azərbaycan maarifçiliyinə verdiyi töhfələrin, xüsusilə gənclər arasında yaydığı maarifçilik ideyalarının...Daha Ətraflı

Paşa Kərimov 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirib. 1982-ci ildən Əlyazmalar İnstitutunda işləyir. 1991-ci ildə «Əlican Qövsi Təbrizinin «Divan»ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni» mövzusunda namizədlik, 2012-ci ildə isə «XVII əsr anadilli Azərbaycan lirikası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1999-2003-cü illərdə institutun elmi katibi işləmişdir. 2003-20...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XVIII əsr Azərbaycan alimi Mirzə Mehdi Xanın “Tarixi-Nadir” əsəri fars dilindən Azərbaycan dilinə tərcümə edilərək çapa hazırlanır. Əsəri dilimizə tarix üzrə fəlsəfə doktoru Rəna Məmmədova çevirib.

Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov AZƏRTAC-a bildirib ki, nəşrdə Nadir şahın müasiri və saray tarixçisi olmuş Mirzə Mehdi Xanın görkəmli hökmdar və sərkərdənin...Daha Ətraflı

Türkiyə və Vatikan kitabxanalarından əldə olunmuş əlyazma materialları əsasında Azərbaycan şairi Sürurinin əsərləri Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov tərəfindən araşdırılır və “Süruri. Divan” kitabı çapa hazırlanır.

İnstitutdan SalamNews-a bildiriblər ki, nəşrə XV əsrin sonu XVI əsrin əvvəllərində yaşamış Sürurinin həyat, yaradıcılığı h...Daha Ətraflı

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Kitabxanasının və Beynəlxalq Muğam Mərkəzinin birgə “Sirlər xəzinəsi” ədəbi-bədii məclisləri layihəsindən XIX əsr Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın yaradıcılığına həsr olunmuş növbəti tədbir keçirilmişdir.

Fevral ayının 3-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyin...Daha Ətraflı

1 fevral 2017-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclasın gündəliyində duran əsas məsələlərdən biri institutun qocaman əməkdaşı Həmid Adil oğlu Haqvediyin 80 illik yubileyinin qeyd edilməsi olmuşdur.

Tədbirdə ilk söz alan yubiliyarın dostu, uzun illər institutda onunla çiyin-çiyinə çalışmış Seyfəddin Məmmədvəliyev H.Haqverdiyev kimi insanların cəmiyyətimizə əsl nümunə olduğunu bildirib.1953-cü ildə...Daha Ətraflı

Yanvarın 25-də AMEA-nın Folklor İnstitutunun Azsaylı xalqların folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nizami Muradoğlunun qələmə aldığı “Baba ocağı” romanının təqdimat mərasimi keçirildi.

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda gerçəkləşən mərasimdə Humanitar Elmlər Bölməsinə daxil olan müəssisələrin əməkdaşları iştirak edirdi.

Tədbiri giriş sözü ilə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiy...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Nigar Babaxanovanın “Beynəlxalq informasiya mühiti və elmi-mədəni inteqrasiya” kitabı işıq üzü görmüşdür. Kitab giriş, Beynəlxalq elmi kommunikasiya müstəvisində informasiya mübadiləsi, Azərbaycan beynəlxalq informasiya mühitində: informasiya və çap məhsullarının mübadiləsi sahəsində əməkdaşlığın yaranması və inkişafı, Elmi-mədəni inteqrasiya tarixi və elmi – təşkilati aspekt, Beynəlxalq standartlar və onların inform...Daha Ətraflı

18 yanvar 2017 – ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun akt zalında qanlı 20 yanvar faciəsinin şəhidlərinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib. Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlk sükutla yad edilib.

Sonra institutun direktoru, akademik Teymur Kərimli çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet imperiyasının işğalçı ordusunun Bakı şəhərinə daxil olaraq, dinc əhaliyə amansızlıqla divan tutması...Daha Ətraflı

Yanvarın 14-də İran İslam Respublikası Təbriz Universitetinin təşkilatçılığı ilə XVII əsrdə yaşamış görkəmli Azərbaycan şairi Saib Təbrizinin yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib.

İran İslam Respublikası ilə yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan alimlərinin də iştirak etdiyi beynəlxalq tədbirdə ölkəmiz AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Konfransı giriş nitqi ilə Tə...Daha Ətraflı

İctimai Televiziyanın yayımladığı "Yadigarlar" verilişi bu dəfə Əzizağa Məmmədovun əziz xatirəsinə həsr olunub.

Əzizağa Məmmədov 1918-ci ilin yazında Lənkəranda dünyaya göz açıb. Orta məktəbi,texnikumu,institutu Bakıda bitirib. İlk əmək fəaliyyətinə müəllimliklə başlayıb. Tarix və ədəbiyyat muzeylərində müxtəlif vəzifələrdə çalışıb. İkinci Dünya müharibəsindən sonra Bakı Dövlət Universitetinin aspiranturasında oxuyub.Onun mətbuatda dərc edilən ilk məqaləsi ...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və İnstitutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov Azərbaycan Televiziyasının “Səhər” proqramının qonağı olublar. Proqramda əsas mövzu Praqa Milli Kitabxanasında saxlanılan Azərbaycana aid əlyazmaların tədqiqi məsələləri olmuşdur. Qeyd edək ki, fil.ü.f.d Əkrəm Bağırov xaricdə saxlanılan...Daha Ətraflı

“Elm və təhsil” nəşriyyatı AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu əməkdaşı İradə Vəzirovanın “Abbasqulu ağa Bakıxanovun şəxsi arxivinin təsviri” kitabını nəşr etmişdir. Kitabda görkəmli alim, şair, mütəfəkkir, hərbi diplomat Abbasqulu ağa Bakıxanovun həyat və yaradıcılığına aid səndələrin: məktublar, təliqələr, şəkillər, teleqramlar, fotoşəkillər, onun haqqında yazılmış məqalələrin təsviri verilmişdir. İ.Vəzirova A.Bakıxanovun şəxsi arxivində 100-dən...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin kitab xəzinələrindən sayılır.

Əlyazmaların toplanması respublikamızda ötən əsrin 20-ci illərindən başlamış, buradakı materialların əsasını orta əsr kitabxanaları, eləcə də XIX-XX əsrlər görkəmli Azərbaycan ziyalılarından Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Əbdülqəni Əfəndi Xalisəqarızadə, Hüseyn Əfəndi Qayıbov, Bəhmən Mirzə Qacar,   Mir M...Daha Ətraflı

MÜSTƏQİLLİK DÖVRÜ ƏDƏBİYYATININ TARİXİ

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” adlı 2 cildlik kitab AMEA Nizami adına Ədəbiyyat İnstitutunun imza atdığı ən möhtəşəm lahiyələrdəndir. Birinci cild 1990-ci illər, ikinci cild 2000-ci illər Azərbaycan ədəbiyyatının formalaşması, təşəkkül prosesləri , inkişaf yolu, əsas yaradıcıları barədə ciddi elmi sözdür, müasir dövrümüzün ədəbiyyat tarixidir. Cildlərin icmal və portret oçerklərdən ibarət olması bir daha bunu...Daha Ətraflı

Dekabrın 22-də AMEA Ədəbiyyat İnstitutunun Elektron akt zalında Humanitar Elmlər Bölməsinin (HEB) Ümumi iclası keçirilib. Tədbirdə HEB-in üzvləri, elmi müəssisələrin direktor, direktor müavinləri və elmi katibləri iştirak ediblər. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov qurumun 2016-cı il ərzindəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabatı təqdim edib. Məruzəçi instit...Daha Ətraflı

Dekabrın 19-da Sorbonna Universitetinin professoru Əhməd İbrahim Dərviş Məhəmməd və məşhur misirli xəttat, Misir Xarici İşlər Nazirliyinin hüquq işləri üzrə baş mütəxəssisi Əşrəf Əhməd Ubeyd AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Qonaqları Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi müşaiyət edib. Əlyazmalar institutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov qonaqları qarşılamış, tədbir iştira...Daha Ətraflı

14 dekabr 2016-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyində əsas məsələ İnstitutun 2016-cı il ərzində elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabatının müzakirəsi idi. İclasda AMEA-nın Humanitar Elmlər Bölməsinin nümayəndəsi, bölmənin aklademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Muxtar İmanov da iştirak edirdi. İclasda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi i...Daha Ətraflı

12.12.2016-cı ildə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilmişdir. Tədbir Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmaşdır. Sonra institutun elmi məsələlər üzrə direktor müavini, fil. ü.e.d. Aybəniz Əliyeva-Kəngərli çıxış edərək böyük tarixi şəxsiyyətin Azərbaycan ictimai-siyasi fikrindəki yerindən danışmışdır. O, Ümummilli liderin 1969-1986-cı illərdə sovet ha...Daha Ətraflı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilmişdir. Konfransın “Ədəbiyyat və incəsənətdə multikulturalizm ənənələri” adlı ikinci bölməsinin iclası AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Akt zalında baş tutmuşdur.İclasa fil.ü.e.d., professor Aqşin Babayev sədrlik etmişdir. Bölmənin iclasında AMEA M.Füz...Daha Ətraflı