
“Təfəkkür” universitetində Ulu Öndər Heydər
Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş
“Müasir dövrdə Elm və Təhsilin aktual problemləri”
mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Konfransı giriş sözü ilə universitetin rektoru
professor Rahim Hüseynov açaraq, Ümummilli Liderimiz
Heydər Əliyevin Azərbaycan elminin və təhsilinin inkişafında
əvəzsiz xidmətlərindən danışdı. O, Ulu Öndərimiz
Heydər Əliyevin xeyir-duası ilə 1995-ci ildə yaradılan
“Təfəkkür” universitetinin fəaliyyətində və inkişafında
göstərilən dövlət qayğısını xüsusi qeyd edərək, möhtərəm
prezidentimiz İlham Əliyev cənablarına universitetin
professor-müəllim heyəti və tələbələri adından dərin təşə-
kkürünü bildirdi. Konfrans iştirakçıları Ulu Öndər Heydər
Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
KonfransdaNərimanov rayon İcra Hakimiyyəti başçısının
müavini İradə xanım Mahmudova, YAP Nərimanov rayon
təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov rayon
Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov iştirak
etdilər. Konfransa “Təfəkkür” universitetinin müəllimləri
ilə yanaşı, respublikanın tanınmış ali məktəblərinin və
elmi-tədqiqat institutlarının əməkdaşlarının 70-dən çox
elmi məqaləsi təqdim edilmişdir.
Konfransın plenar iclasında
AMEA-nın M.Nağıyev adına Kimya İnstitutunun
şöbə müdiri, akademik Ağadadaş Əliyevin, “Təfəkkür”
universitetinin professoru Cümşüd Nuriyevin, AMEA-nın
M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini
professor Paşa Kərimovun, Bakı Dövlət Universitetinin
professoru Məhərrəm Məmmədlinin və Azərbaycan Milli
Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadənin
elmi məqalələri dinlənildi.
universitet-tefekkur.com