Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün fevralın 28-də Pakistan İslam Respublikasına səfərə gəlib. İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlət başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri qarşıladılar. Sonra toplardan yaylım atəşi açıldı, Azərbaycanın və Pakistanın dövlət himnləri səsləndi.   (Məlumat əldə olunub: Prezident.az) Qeyd edək ki, filologiya elmləri doktoru Paşa Kərimov da Cənab Prezidentin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibindədir.