
Əli Kərimin poetik irsi həmişə dərin siqlətli ideya və fikirlə yüksək bədii formanın vəhdəti ilə diqqəti cəlb etmişdir. Sağlığında da, ölümündən əlli ildən artıq bir vaxt keçdikdən sonra da vəziyyət dəyişməyib: şairin təkraredilməz şeir dünyası bu gün də oxucuların estetik zövqünü oxşamaqda, onları mənən zənginləşdirməkdədir. Fərdi intellektual üslub, ən adi həyat hadisələrindən, detallardan çıxış edərək bədii-fəlsəfi ümumiləşdirmələr aparmaq, yaratdığı obrazlar,...Daha Ətraflı

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov İstanbulun Süleymaniyyə kitabxanasının Fatih qismindən XV əsrdə yaşamış Azərbaycan şairi, Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşah Həqiqinin (1405-1467) “Şeirlər toplusu – “Divan”ının”əlyazma surətini əldə edib. Qeyd edək ki, doğma Azərbaycan türkcəsində gözəl şeirlər qələmə alan Cahanşah o dövrün ən savadlı və maarifpərvər hökmdarlarından sayılaraq ədəbiyyat tariximi...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun Xalq qəzetində "Əlyazmalar İnstitutu dünyanın ən
zəngin mənəvi xəzinələrindən biridir" adlı məqaləsi çap edilib.
xalqqazeti.com
...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Azərbaycan Televiziyasına müsahibə verib.
AZTV: Xəbərlər (07.01.2021)
...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Space kanalına müsahibə verib.
Space TV: Xəbərlər (07.01.2021)
...Daha Ətraflı

Bu günlərdə “Şəxsi arxivlər və epistolyar nümunələr” kitabı işıq üzü görüb. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevanın müəllifi olduğu nəşrin elmi redaktoru institutun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Nailə Səmədovadır.
“Ecoprint” nəşriyyatının mətbəəsində çap olunan kitabın rəyçiləri institutun elmi işlər üzrə direktor müavini, fi...Daha Ətraflı

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adına daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 yaşı tamam olur. Fəaliyyətdə olduğu müddətdə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təqdimi və təbliğində müstəsna rol oynamış bu söz və sənət məbədi həm də respublikanın başlıca elmi mərkəzlərindən sayılır.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin muzeyin 80 illiyinin təntənə ilə qeyd edilməsi haqqında Sərəncamından sonra il ərzində muzeydə bir sıra nəfis ki...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının 2020-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib. Onlayn formatda baş tutan tədbirdə AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi Şurasının üzvü, akademik Nizami Cəfərov iştirak edib.
İclası giriş nitqi ilə elmi müəssisənin direktoru, akademik Teymur Kərimli açaraq 2020-ci ilin əlamətdar tarixi hadisələrlə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəs...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illik yubileyinə həsr olunan “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçirilib. 30 noyabr – 3 dekabr tarixlərində baş tutan onlayn tədbirdə müxtəlif ölkələrin, o cümlədən respublikamızın elm və təhsil müəssisələrinin alim və mütəxəssisləri də iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan institutun direktoru, akademik Teymur Kərimli hazırda xalqımızın möhtəşəm zəfər sevi...Daha Ətraflı

Dövlət Tərcümə Mərkəzinin Elmi Şurasının onlayn müşavirəsi keçirilib. Müşavirədə Mərkəzin İdarə heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud, Xalq yazıçısı Elçin, Xalq şairi Sabir Rüstəmxanlı, Mərkəzin İdarə heyətinin üzvü, akademik Nizami Cəfərov, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya elmləri doktoru, professor Cəlil Nağıyev, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, filologiya elmləri doktor...Daha Ətraflı

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə şərqşünas alim, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı işə başlayıb. “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda konfrans “Zoom” proqramı üzərindən keçirilir.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, konfransda Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov ...Daha Ətraflı

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, I Qarabağ müharibəsinin iştirakçısı, yazıçı-publisist Şöhrət Səlimbəylinin “Azərbaycan tarixinin zəfər salnaməsi” kitabı “Avropa” nəşriyyatında çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün davam edən II Qarabağ savaşında qazandığı zəfərdən bəhs edir.
Kitabın redaktoru filologiya üzrə elmlər doktoru Raqub Kər...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən nəşr olunan toplu XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış ustad şair, tərcüməçi, pedaqoq və ictimai xadim Azər Buzovnalının əsərlərindən ibarət III kitabdır. Məktubların və məqalələrin daxil olduğu kitabdakı mətnləri ərəb əlifbasından institutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Bağırova transfoneliterasiya edib. K.Bağırova həmçinin nəşrin tərti...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Mədəniyyət kanalına müsahibə verib.
Mədəniyyət TV (03.11.2020)...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Hüseyn Cavidin Ev Muzeyinin Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızın azad olunması uğrunda həyata keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində əldə edilmiş Böyük Qələbəyə həsr olunan birgə tədbiri keçirilib. Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib.
Öncə Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AMEA-nın birinci vitse-prezident...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda həyat və yaradıcılığı haqqında cüzi məlumata malik olduğumuz, XIX əsrdə yaşamış istedadlı şair Molla Qasım Zakirin ilk şeirlər toplusu nəşr edilib. Kitabı nəşrə hazırlayanlar və ön sözün müəllifləri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və eyni müəssisənin Multidissiplinar əlyazmalar şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Raqub Kərimovdur. Elmi ...Daha Ətraflı

“Qələmdir nizeyi-gülgunimiz meydan günü, Qövsi”
(Qövsi Təbrizi)
“Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır.”
(Abdulla Şaiq)
“Kitablar bizi ötən əsrlərin mənəvi həyatının varisi edir” – Böyük Azərbaycan yazıçısı Nəcəf bəy Vəzirovun bu dəyərli fikrini qədim əlyazma kitablarına şamil edərkən, bu varisliyin həm də nə qədər böyük bir mirasa – maddi-mənəvi xəzinəyə sahiblik olduğunu dərk edirik. Uzaq əsrlərdən bugünümüz...Daha Ətraflı

Yazılı abidələrimizin tanınmış araşdırıcısı, ədəbiyyatşünas, əlyazmaçı alim, filologiya elmləri doktoru, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin müdiri Paşa Əli oğlu Kərimov şeir-sənət ocağında boya-başa çatıb, böyük şairimiz Əli Kərimin oğludur.
Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra daim çox sevdiyi əlyazmalarla ünsiyyətdə olmaq üçün Əlyaz...Daha Ətraflı

Bu ilin iyulunda, Tovuz hadisələri zamanı küçə və meydanlara çıxaraq erməni həyasızlığından hiddətləndiyini, ölkə başçısını dəstəklədiyini bildirən insanlara Prezidentimiz belə sözlərlə müraciət etmişdi: “Biz torpaqlarımızın işğalına dözmək fikrində deyilik. Lakin mən bilirəm nə vaxt və necə”.
Bu sözlər mənim və yəqin ki, bir çoxlarının yaddaşında qaldı. Və səbrsizliklə Ali Baş Komandanın əmrini gözlədik. Nəhayət vaxtı gəldi və əsgərlərimiz ölkə başç...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu) orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsi əsasında yaradılıb.
Əlyazmaların respublikamızda toplanması işinə hələ XX əsrin əvvəllərindən, sovet hakimiyyətinin ilk illərindən başlanıb. 1924-cü ilin 21-24 sentyabrı...Daha Ətraflı