14 aprel 2017-ci il tarixində Türkiyə Respublikasının Ankara şəhəri Qazi Universitetinin əməkdaşları professor Mustafa Sevən, doktor Özcan Dəmir və Qars şəhəri Qafqaz Universitetinin araşdırmaçısı Əli Gök AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olmuşlar. Qonaqları Əlyazmalar İnstitutunun direktor müavinləri, filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli və Paşa Kərimov qarşılamışlar. Qonaqlar Əlyazmalar İnstitutunda folklor abidələri, xalq inancları, təsəvvüflə bağlı tədqiqat işləri ilə maraqlanmışlar. İnstitutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov Türkiyyəli qonaqların suallarını cavablandırmışdır. Sonra qonaqlar Əlyazmalar İnstitutunun ekspozisiya zalında olmuşlar. Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin əməkdaşı, baş kitabxanaçı Pərvanə Həsənova qonaqlara bələdçilik etmiş, binanın tarixi, institutda qorunan əlyazmalar barədə onlara məlumat vermişdir.

elyazmalarinstitutu.com