AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatının(ECO) 2017-ci ilin 1 mart tarixində İslamabadda keçirilən 13-cü sammitində bu təşkilatın mükafatına layiq görülmüşdür. 10 üzv ölkənin – Azərbaycan, Türkiyə, İran, Pakistan, Özbəkistan, Qazaxıstan, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qırğızıstanın dövlət başçılarının iştirak etdiyi bu sammitdə təşkilata üzv ölkələrin 8 nüfuzlu alimi mükafatlandırılmışdır. Azərbaycan alimi Paşa Kərimova tədqiqatlarında orta əsrlər Azərbaycan ədəbiyyatını, xalqımızın türk, islam xalqları ilə ədəbi əlaqələrini ətraflı araşdırdığına görə bu mükafat elm və texnologiya nominasiyası üzrə verilmişdir. Mükafatı ona Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif təqdim etmişdir. Qeyd edək ki, Azərbaycan alimlərindən ilk dəfə bu mükafatı akademik Arif Paşayev alıbdır.