
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” monoqrafiyası çap olunub.
Yeni nəşr Məmməd Ələkbərovun Bakı Dövlət Universitetinin kitabxanasında qorunan eyniadlı dissertasiya işinin əlyazması əsasında Əlyazmalar İnstitutunda transliterasiya olunaraq monoqrafiya halında çapa hazırlanıb.
Kitab AMEA-nın Gəncə Bölməsinin və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şuralarının cari ilin yanvarı...Daha Ətraflı

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşrlərindən ibarət kitablar İranın Təbriz Universitetinin Mərkəzi Kitabxanasında bu yaxınlarda fəaliyyətə başlamış Türk dili və Azərbaycançılıq sahəsində Mənbələr Bölməsinin fonduna hədiyyə edilib.
İnstitutun baş direktoru, akademik Teymur Kərimlinin “Hicran ömrü”, “Çağdaşımız Nəsimi”, “Nizami və tarix”, “Gözəllərin axıra qalmışı”, fil.e.d. Paşa Kərimovun “XVII əsr anadilli Azərbaycan lirikası”...Daha Ətraflı

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Paris Milli Kitabxanasından Nizami Gəncəvinin dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmiş "Xəmsə"sinin XV əsrin ortalarında köçürülmüş əlyazmasının surəti əldə edilib. Bu haqda məlumat verən institutun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov bildirib ki, sözügedən kitabxanada 1112-ci nömrə altında saxlanılan həmin əlyazma 303 vərəqdən ibarətdir. Dörd sütunda yazılan dəyərli sən...Daha Ətraflı

XV-XVI əsrlərdən Azərbaycan türkcəsi ictimai həyatın bir çox sahələrində özünəlayiq yer tutmağa başlayır. Ağqoyunlu, xüsusilə Səfəvilər dövlətində anadilli ədəbiyyatın güclü inkişafı müşahidə olunur.
Cahanşah Həqiqi, Kişvəri, Həbibi, Süruri, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Məhəmməd Əmani, Sadiq bəy Sadiqi Əfşar və bir çox başqaları məhz bu dövrün sənətkarlarıdırlar. Nəzm və nəsrlə yazılmış müxtəlif mövzulu əsərlərin dilimizə tərcüməsi dövrün ...Daha Ətraflı

Böyük Azərbaycan şairi, Müsəlman Şərqi ölkələrində intibah ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Əfzələddin Xaqani Şirvani (1126-1199) həmişə tədqiqatçıların diqqətini keşməkeşli həyatı, məğrur şəxsiyyəti, qüdrətli ədəbi irsi, dərin ictimai-fəlsəfi fikirləri ilə cəlb etmişdir.
Ədəbiyyatşünaslar şairin həyat və yaradıcılığı barədə fikir söylərkən müxtəlif mənbələrə, ilk növbədə onun öz əsərlərinə müraciət edirlər. Bu yaxınlarda "Elm...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib. Öncə tariximizin qanlı səhifələrindən olan faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş nitqi ilə açan institutun direktoru, akademik Teymur Kərimli erməni daşnaklarının yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində baş verən faciənin günahsız insanların həyatına son qoyulması ilə nəticələndiyini qeyd edi...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elm Gününə həsr olunan elmi sessiya keçirilib. Onlayn tədbirdə institutun rəhbərliyi, alim və mütəxəssislər, o cümlədən gənc tədqiqatçılar iştirak ediblər. 2018-ci ildə Respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla Milli Elm Gününün AMEA-nın yarandığı 27 Mart tarixində qeyd edilməsinin əhəmiyyətini vurğulayan institutun direktoru, akademik Teymur Kərimli qeyd edib ki, bu gün elmə töhfələr bəxş etmiş Azərbaycan ali...Daha Ətraflı

“Neman ilə Simnarın əhvalatı” əfsanə, yoxsa tarixi reallıq? Bu suala AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovun müəllifi olduğu kitabda cavab axtarılır. “Xəvərnəq qəsri: tarix və bədii həqiqət” adlı yeni nəşrin baş elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru AMEA-nın müxbir üzvü Nüşabə Araslı, rəyçiləri filologiya elmləri doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru, dos...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Paşa Kərimov institutun elmi və ictimai həyatında qadınların rolundan danışaraq onların bu sahədəki uğurlu fəaliyyətindən bəhs edib. Tədbirin sonunda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları – “Şəxsi arxivlərin tədqiqi” şöbəsinin müdiri, filologiya elmləri doktor...Daha Ətraflı

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ağlasığmaz qəddarlığı ilə bəşər tarixində iz qoyan vəhşilik aktı törədildi. Erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 366-cı motoatıcı alayının əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı tarixi bir cinayət, soyqırımı həyata keçirdi. Bu fikirlər AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçirilən “XX əsrin ən qanlı faciəsi – Xocalı soyqırımı” mövzusunda elmi sessiyada səsləndirilib. Öncə faciə qurbanlarının...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, Paşa Kərimov “Mədəniyyət” kanalında yayımlanan “Körpü” verilişinin qonağı olub.
Mədəniyyət TV: Körpü (21.02.2021)
...Daha Ətraflı

Fevralın 19-da YUNESKO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin fəaliyyətinə dair onlayn görüş keçirilib. Görüşdə YUNESKO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədri, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Daimi Katibliyinin I katibi Ülkər Əlibəyli, Komitənin sədr müavinləri – Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzv...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov ATV kanalına müsahibə verib.
ATV Səhər (11.02.2021)
...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, Paşa Kərimov “Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” verilişində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvidən söz açıb.
“Dərs vaxtı”: Nizami Dərsləri (12.02.2021)
...Daha Ətraflı

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” adlı onlayn beynəlxalq elmi konfrans keçirilib. Dahi özbək şairi, görkəmli dövlət xadimi Zahirəddin Məhəmməd Baburun anadan olmasının 538 illiyinə həsr olunan konfransda Özbəkistanın və Əfqanıstanın Azərbaycandakı səfirləri də iştirak ediblər. Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Hə...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov ELM TV-yə müsahibə verib.
elmtv.az
...Daha Ətraflı

Paşa Kərimov: “Nizami dünya şairi olsa da, Vətəni Azərbaycandır”
2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. “Nizami ili”ndə dahi şairin irsinə bir daha nəzər salınacaq, onun müdriklik s...Daha Ətraflı

Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Nizami Gəncəvi İli” ilə bağlı tədbir keçirilib.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” Sərəncamından irəli gələn məsələlərə həsr olunmuş tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və digər şəxslər iştirak ediblər.
T...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan tədbir keçirilib.
Öncə qanlı faciənin qurbanları, günahsız olaraq qətlə yetirilmiş oğul və qızlarımızın, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş, eyni zamanda, Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan elmi müəssisənin direktoru, akademik Teymur Kərimli qeyd edib ki, qan yaddaşımıza böyük ...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Azərbaycan Televiziyasına müsahibə verib.
AZTV:Xəbərlər
...Daha Ətraflı