Orta əsrlərdə yaşamış, əsərləri əlimizə çatmış aşıqlarımızdan biri də Qurbanidir. Dəqiq doğum tarixi məlum olmasa da, tədqiqatçılar adı ilə bağlı olan dastana, şeirlərinə əsaslanaraq göstərirlər ki, şair XV əsrin ikinci yarısı - XVI əsrin əvvəllərində yaşamış, Şah İsmayıl Xətainin hakimiyyəti illərində (1501-1524) onun sarayına yaxın olmuşdur. (Qurbaninin Səfəvilər sarayında yaşaması barədə fikir heç bir sənəddə təsdiqini tapmır). Şair Cənubi Azərbaycanın Dirili kəndi...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov MİR Televiziyasına müsahibə verib.

MIR TV ...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Xəzər Televiziyasına Əlyazmalar İnstitutunun 70 illik yubileyi münasibəti ilə müsahibə verib.

Xəzərxəbər: Əlyazmalar İnstitutu 70 ...Daha Ətraflı

Zəngin ədəbi irsə malik, yaradıcılığında klassik ədəbiyyatın ənənələrini yaşadan istedadlı şairlərimizdən biri də İbrahim Tahir Məşədi Əbdül oğlu Musayevdir (1869-1943). O, Şuşa şəhərində dünyaya gəlmiş, Qarabağ ədəbi mühitinin yetirməsi olmuşdur. Gəncliyində ticarətlə məşğul olan İ.Tahir XX əsrin əvvəllərində Bakıda nəşr olunan əksər qəzet və jurnallarla əməkdaşlıq əlaqələri yaratmış, mətbuatda ardıcıl olaraq şeirləri, publisistik məqalələri ilə çıxış etmişd...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda oktyabr ayında keçirilmiş “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda IV Beynəlxalq elmi konfransın materialları çapdan çıxıb. Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konfransın materialları Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin ümumi redaktəsi ilə nəşrə hazırlanıb. Topluda yerli alimlərin Nəsimi yaradıcılığına müxtəlif elmi yanaşmaları ilə bərabər, tanınmı...Daha Ətraflı

Dekabrın 11-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Əvvəlcə ümummilili liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli tədbiri açıq elan edərək Heydər Əliyev dühası haqqında giriş nitqi söyləyib. Akademik bildirib ki, Əlyazmalar İnstitutu bilavasitə Heydər Əliyevin diqqət və qayğısı ilə bağlı olan bir müəssisədir. Belə ki, bu ...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda miniatürlü əlyazmalar kataloqu nəşr olunub. Kitabda institutun əlyazma xəzinəsində saxlanılan ən dəyərli miniatürlü əlyazmalar, onların müəllifləri, köçürülmə tarixləri, ölçüləri, paleoqrafik xüsusiyyətləri, hər bir əlyazmadakı miniatürlərin sayı, özəllikləri barədə məlumat verilib. Əsasən XV-XIX əsrlərə aid olan bu əlyazmalar Yaxın və Orta Şərqin böyük sənətkarları – Firdovsi, Nizami, Sədi, Hafiz, Nəvai və Füzulinin əsə...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli dilçi, mətnşünas alim, professor Cahangir Qəhrəmanovun ilk dəfə 1970-ci ildə işıq üzü görmüş “Nəsimi “Divan”ının leksikası” kitabı çapdan çıxıb. İnstitutdan AZƏRTAC-a bildiriblər ki, 650 səhifəlik əsərdə Nəsiminin anadilli şeirlərinin ədəbi dilimizin inkişafındakı rolu hərtərəfli araşdırılır.

Monoqrafiyanın elmi redaktoru Əlyazmalar İnstitutunun direktor müavini, fi...Daha Ətraflı

Noyabrın 29-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri" mövzusunda respublika elmi konfransı keçirilib. Tədbiri giriş sözü ilə institutun direktoru, akademik Möhsün Nağısoylu açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın gö...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov ABŞ-ın Kaliforniya Universitetinin kitabxanasından Nəsimi ardıcılı, hürufi şair Sürurinin anadilli divanının avtoqraf nüsxəsinin surətini əldə edib. İndiyədək şairin divanının Vatikanın Apostol, İstanbulun Süleymaniyyə və Manisanın şəhər kitabxanalarında saxlanan divanlarının nüsxələri əldə edilmişdi. Nəstəliq xətti ilə, müəllif tərəfindən köçürülən Kalifo...Daha Ətraflı

Noyabrın 22-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA Humanitar Elmlər Bölməsinin (HEB) ümumi yığıncağı keçirilib. Tədbirdə bölmə üzvləri, bölməyə daxil olan elmi müəssisələrin rəhbərləri, elmi katibləri və digər aidiyyatı üzrə şəxslər iştirak ediblər. İştirakçılar əvvəlcə bölmənin tərkibinə daxil olan elmi tədqiqat müəssisələrinin nailiyyətlərini əks etdirən kitab və jurnallardan ibarət sərgi ilə tanış olublar.

Sonra AMEA-nın vitse-prezidenti, ...Daha Ətraflı

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovun “Vəhid Qəzvini və onun türkcə “Divanı” məqaləsi İran İslam Respublikasında 2019-cu ildə Azərbaycan dilində nəşrə başlayan yeni “Azərbaycan araşdırmaları” jurnalın ilk nömrəsində dərc olunub. İnstitutdan AZƏRTAC-a bildiriblər ki, elmi-kütləvi nəşrdə Paşa Kərimovun məqaləsi ilə yanaşı, İranın və Azərbaycanın bir neçə tanınmı...Daha Ətraflı

Milli Tarix Muzeyinin müraciəti əsasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin tapşırığı ilə institutun Əlyazmaların gigiyenası və bərpası laboratoriyasında "Əlyazma kitablarının bərpası və konservasiyası qaydaları" mövzusunda praktiki məşğələyə start verilib. İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov göstərdikləri belə bir təşəbbüsə görə muzeyin əməkdaşlarını təbrik edi...Daha Ətraflı

Noyabrın 15-də Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin dəstəyi ilə “Ədəbiyyat günəşi” adlı məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. “Nəsimi ili” çərçivəsində baş tutan tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, ziyalılar və media nümayəndələri iştirak edib. Tədbirdə əvvəlcə çıxışlar dinlənilib. Sonra müsabiqə...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli 8-10 noyabr tarixlərində Türkiyənin Sivas Cümhuriyyət Universitetində keçirilən “Türk dünyası mədəniyyət elçiləri: Qazi Bürhanəddin” mövzusunda beynəlxalq simpoziumda iştirak ediblər. Paşa Kərimovun “Qazi Bürhanəddin şeirlərinin mövzu dairəsi və bədii ifadə vasitələri”, Nə...Daha Ətraflı

Teleqraf.com-un suallarını AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- 2019-cu ilin “Nəsimi İli” elan olunması ilə əlaqədar indiyədək görülən işləri qənaətbəxş hesab etmək olarmı? Nəsimi yaradıcılığında işıq salınmayan sahələr hansılardır?

- Nəsiminin yaradıcılığı ilə bağlı tədbirlər 50 il bundan qabaq da həyata keçirilmişdi, müəyyən q...Daha Ətraflı

4 noyabr tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi Şuranın növbəti yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Teymur Kərimli gündəlikdə duran məsələlər haqqında danışıb, 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar Əlyazmalar İnstitutunda görülən işlərdən bəhs edib. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfi doktoru, dosent Əzizağa Nəcəfzadə kadr hazırlığı və cari məsələlər haqqında ətraflı məl...Daha Ətraflı

Oktyabrın 30-da AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova açaraq dövlət başçısının müvafiq Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan olunduğunu xatırla...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Novbəri” təxəllüslü istedadlı şair Kərbəlayi Qara Əliyevin (1885-1967) şəxsi arxivində mühafizə olunan əlyazma əsərləri çap olunub. Müəllifin kitaba daxil olan şeirləri – növhə və sinəzənlər (ağı, matəm nəğməsi) ilk dəfə çap olunur.

Kitabı tərtib edən, nəşrə hazırlayan və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Sevər Cabbarlıdır. Nəşrin redaktoru filologiya üzrə elmlər doktoru, professor P...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Paris Milli Kitabxanasından XVII əsrdə yaşamış, adı ədəbiyyat tariximizə düşməmiş Azərbaycan şairi Zövqinin anadilli lirik şeirlər toplusunu - divanının surətini əldə edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, divanda şairin qəzəl, mürəbbe, müxəmməs və müstəzadları toplanıb. 1687-ci ildə köçürülmüş divan 168 vərəqdən ibar...Daha Ətraflı