“Elm və təhsil” nəşriyyatı Əlyazmalar İnstitutuna uzun müddət rəhbərlik etmiş, Əməkdar Elm Xadimi, mərhum professor Cahangir Qəhrəmanovun “Arxeoqrafik sənədlərin təsviri” adlı əsərini nəşr etmişdir. Kitab AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə işıq üzü görmüşdür. Əsərdə XVI-XIX əsrlərdə tərtib olunmuş və adıçəkilən institutda mühafizə olunan şah fərmanlarının, hökmlərin, qəbalələrin (alqı-satqı sənədləri), hibənamələrin (b...Daha Ətraflı

14 aprel 2017-ci il tarixində Türkiyə Respublikasının Ankara şəhəri Qazi Universitetinin əməkdaşları professor Mustafa Sevən, doktor Özcan Dəmir və Qars şəhəri Qafqaz Universitetinin araşdırmaçısı Əli Gök AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olmuşlar. Qonaqları Əlyazmalar İnstitutunun direktor müavinləri, filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli və Paşa Kərimov qarşılamışlar. Qonaqlar Əlyazmalar İnstitutunda folklor abidələri, xalq inancları, tə...Daha Ətraflı

14 aprel 2017-ci il tarixdə London İsmaili Təriqətinin Araşdırma Mərkəzinin əməkdaşı, Latviya Universitetinin professoru Yaniş Esots və Qüds Hayfa Universitetinin doktoru Roy Vilozni AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olmuşlar. Qonaqları institutun elmi işlər üzrə direktor müavinləri filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov və elmi katib fil.ü.f.d. Əzizağa Nəcəfov qarşılamışlar.

Görüşdə Əlyazmalar İnstitutunun tarixi, fəaliy...Daha Ətraflı

10 aprel 2017-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Ərəbdilli əlyazmaların tədqiqi” və “Farsdilli əlyazmaların tədqiqi” şöbələrinin birgə iclası keçirilmişdir. İclasda Əlyazmalar İnstitutunun fəlsəfə doktorluğu hazırlığı üzrə dissertantı, QMİ-nin sədr müavini, İslam Universitetinin “İslamşünaslıq” fakultəsinin dekanı Fuad İzzət oğlu Nurullayevin 7213.01 – dinşünaslıq ixtisasından fəlsəfə doktoru elmi dərəcəsi üçün təqdim etdiyi “...Daha Ətraflı

2017-ci il aprel ayının 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində tanınmış şərqşünas-alim, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin növbəti tədqiqat işinin - «Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə» kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə alim və mütəxəssislər, politoloqlar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Kütləvi tirajla çapdan çıxan kitab geniş oxucu kütləs...Daha Ətraflı

Iclası Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli açaraq dissertant və dissertasiya haqqında qısa məlumat verib. Sonra o, sözü Aygül Hacıyevaya verib. Dissertant elmi işinin mövzusu, predmeti, elmi əhəmiyyəti və yenilikləri barədə müfəssəl danışıb. O, Ruhi Bağdadi “Divan”ında Füzuli təsirinin güclü olduğunu və buna görə divanın dilinin Azərbaycan ədəbi dili ilə xalq dili arasında ortaq mövqeyə malik olduğunu vurğulayıb.

Dissertasiya işinin elmi məsləhətçisi ...Daha Ətraflı

4 aprel 2017-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Müqayisəli ədəbiyyatşünaslığın aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.

Konfransa təqdim olunan məqalələrdə ədəbiyyat incəsənətin bir sahəsi kimi təhlil və təqdim edilmişdir. Məruzələrdə müqayisəli ədəbiyyatşünaslığın predmeti olan ədəbi əsərlər, janr və üslublar, yazıçının yaradıcılıq xüsusiyyətləri, ədəbi cər...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Molla Əli Talibinin divanının əlyazma surətini Türkiyədən əldə edib. İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əslən qarabağlı olan, 1888-ci ildə Cəbrayılda dünyaya gəlmiş Molla Əli Talibi 1913-cü ildə Türkiyəyə köçərək bu ölkənin müxtəlif yerlərində yaş...Daha Ətraflı

“Elm və təhsil” nəşriyyatı AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nailə Səmədovanın “Məmmədəli Sidqinin şəxsi fondu” adlı kitabını nəşr etmişdir. Kitabda Azərbaycan mətbuatı tarixində xüsusi yer tutan jurnalist və mühərrir M.Sidqinin adıçəkilən institutda saxlanılan şəxsi arxiv materialları öz əksini tapmışdır.

Kitab “Məmmədəli Sidqinin tərcümeyi-halı və xatirələri”, “Əsərlə...Daha Ətraflı

31 mart 2017-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Akt zalında “31 Mart – Azərbaycanlıların soyqırım günü”nə həsr olunmuş “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar əlyazma qaynaqlarında” adlı elmi sessiya keçirilmişdir. Sessiyanı giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini fil.ü.e.d. Paşa Kərimov bu faciənin heç zaman unudulmayacağını vurğuladı. Onun sıradan bir tədbir olmadığını, ciddi araşdırmaların ...Daha Ətraflı

Martın 18-i Gəncə Şəhərində yerləşən Xocalı Rayonu Əli Kərim adına Başkənd kənd tam orta məktəbində görkəmli şair Əli Kərimin anadan olmasının 86 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Rayon Təhsil şöbəsinin müdiri Şakir Əliyev, Əli Kərim adına Başkənd kənd tam orta məktəbinin direktoru Məhəmməd Məmmədov, bir sıra ziyalılar, mədəniyyət evinin əməkdaşları, məktəbin müəllim, şagird kollektivi...Daha Ətraflı

9 mart 2017-ci il tarixində Roma Milli Mərkəzi Kitabxanasının Roman və fotoarxiv şöbəsinin doktoru Paola Puqlisi və “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” layihəsinin rəhbəri, rezident tvinninq müşaviri Alessandro Bianki AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Qonaqları institutun elmi işlər üzrə direktor müavinləri, fil.ü.e.doktorları Aybəniz-Əliyeva Kəngərli ...Daha Ətraflı

07.03.2017-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının iclası keçirilmişdir. İclasın əvvəlində İnstitutda çalışan qadın işçilər İnstitutun direktoru akademik Teymur Kərimli adından 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edilmişlər.

İclasın gündəliyində duran birinci məsələ 2016-2017-ci il tədris ilində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə əyani doktoranturaya qəbul olmuş d...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatının(ECO) 2017-ci ilin 1 mart tarixində İslamabadda keçirilən 13-cü sammitində bu təşkilatın mükafatına layiq görülmüşdür. 10 üzv ölkənin – Azərbaycan, Türkiyə, İran, Pakistan, Özbəkistan, Qazaxıstan, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qırğızıstanın dövlət başçılarının iştirak etdiyi bu sammitdə təşkilata üzv ölkələrin 8 nüfuzlu alimi ...Daha Ətraflı

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün fevralın 28-də Pakistan İslam Respublikasına səfərə gəlib. İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlət başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri qarşıladılar. Sonra toplardan yaylım atəşi açıldı, Azərbaycanın və Pakistanın dövlət himnləri səsləndi.   (Məluma...Daha Ətraflı

"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir." Heydər Əliyev

Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqrımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır. 1992-ci il fevr...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov Almaniyada yaşayan soydaşımız Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin xətt nümunələrinin rəngli surətlərini əldə edib. İnstitutdan AZƏRTAC-a bildiriblər ki, burada Şah İsmayıl Həzrət Əlinin kəlamlarını gözəl xətlə qızılı və mavi mürəkkəblə köçürüb. Müxtəlif rəngli vərəqlərə köçürülmüş və cildlənmiş əsərin əvvəllər yalnız bir səhi...Daha Ətraflı

15 fevral 2017-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.e.d, professor Kamandar Şərifovun tərtib etdiyi və önsözünün müəllifi olduğu Ümmi İsanın “Mehri və Vəfa” kitabının təqdimatı keçirilmişdir.

Təqdimatı giriş sözü ilə açan institutun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Kamandar Şərifovun Yaxın Şərq ölkələrinin əlyazmalar xəzinəsində zaman-zama...Daha Ətraflı

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Afaq Əliyeva və kiçik elmi işçi Pərvanə Teyyubovanın uzunmüddətli gərgin əməyinin məhsulu olan “Qulam Məmmədli arxivinin təsviri” kitabı işıq üzü görmüşdür.Kitab milli –mədəni irsimizin tədqiqi tarixində müstəsna xidmətləri olan mətnşünas alim, təzkirəçi, nasir, publisist, mətbuat araşdırıcısı Qulam Məmmədlinin adıçəkilən institutda saxlanılan şəxsi arxivindəki materialların təsvirinə...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Qarabağ ədəbi mühitinin nümayəndəsi, şair Məhəmməd ağa Müctəhidzadənin yaradıcılığı geniş araşdırılıb.

AMEA Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov AZƏRTAC-a bildirib ki, hazırda şairin əsərləri nəşrə hazırlanır. Qarabağ ədəbi mühitinin inkişafında Məhəmməd ağa Müctəhidzadənin mühüm rolu olub. Şairin yaradıcılığında v...Daha Ətraflı