AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Mirzə Rəhim Fəna. Əsərləri” kitabı işıq üzü görüb. Yeni nəşri tərtib edib ona ön söz yazan, kitabı ərəb əlifbasından transfoneliterasiya edərək nəşrə hazırlayan Əlyazmalar İnstitutunun alimləri – filologiya elmləri doktoru, professor Raqub Kərimov və filologiya üzrə fəlsəfə doktoru Könül Bağırovadır. Kitabda XIX əsr Qarabağ ədəbi mühitinin yetirdiyi “Məclisi-üns” ədəbi məclisinin yaradıcı...Daha Ətraflı
Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Həsən bəy Zərdabi dövri mətbuat səhifələrində” adlı kitab işıq üzü görüb. Yeni nəşri tərtib edib, ona ön söz yazan Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Əzizə Ələkbərova, elmi məsləhətçi institutun icraçı direktoru, filologiya elmləri doktoru, dosent Paşa Kərimov, redaktor isə institutun elmi katibi, filologiya üz...Daha Ətraflı
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, fil.e.d. Paşa Əlioğlu Kərimovun "Xalq qəzeti"ndə "Klassik ədəbiyyatın yorulmaz tədqiqatçısı" adlı məqaləsi dərc olunub. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, Dövlət Mükafatı laureatı, "Şöhrət" ordenli akademik Teymur Kərimlinin 70 illik yubileyinə həsr olunmuş məqalədə alim həyatını klassik ədəbiyyatın araşdırılmasına həsr etmiş akademikin yaradıcılığından, onun elmi fəaliyyətindən...Daha Ətraflı
7 iyul 2023-cü il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və 2023-cü ilin ölkə başçısı tərəfindən “Heydər Əliyev İli” elan olunması münasibətilə keçirilmiş “Heydər Əliyev və Əlyazmalar İnstitutu” mövzusunda Respublika elmi-nəzəri konfrans materialları toplu halında nəşr olunub. Topluda Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin “Heydər Əliyev və Əlyazmalar İnstitutu”...Daha Ətraflı
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və 2023-cü ilin ölkə başçısı tərəfindən “Heydər Əliyev İli” elan olunması münasibətilə “Heydər Əliyev və Əlyazmalar İnstitutu” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransın plenar iclasını giriş nitqi ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmala...Daha Ətraflı
22 may 2023-cü il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu”nun UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilməsi münasibəti ilə brifinq keçirilib. Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər toplusunun UNESCO səviyyəsində qəbulunun əlamətdar hadisə olduğunu qeyd edib, ölkəmiz üçün mühü...Daha Ətraflı
3 aprel 2023-cü il tarixində Türkiyənin məşhur yazıçısı, tədqiqatçı-jurnalist, Atatürk nəslinin böyük araşdırmaçısı, məşhur “Çanaqqala savaşı”, “Mustafa Kamal və Atatürk”, “Bilinməyən şəhidliklər” və bir sıra digər kitabların müəllifi Mustafa Atmaca AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub. Qonağı İnstitutun icraçı direktoru, fil.e.d., professor Paşa Kərimov qarşılayıb və ona institutun tarixi, beynəlxalq əlaqələri, burada mühafizə olunan əlyazm...Daha Ətraflı
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov Paris Milli kitabxanasından "Əsli və Kərəm" ("Hekayəti Kərəm" adı ilə) və "Aşıq Qərib" ("Aşıq Qərib və Şahsənəm xanım" adı ilə) dastanlarımızın XIX əsrdə ərəb qrafikası ilə yazıya alınmış variantlarının surətlərini əldə edib.
"Hekayəti Kərəm" adlı birinci əsər 157 səhifədən ibarətdir. 1850-ci ildə nəstəliq xətti ilə köçürülüb. Hadisələr Bakı nəşrlə...Daha Ətraflı
Bu günlərdə Amerika Birləşmiş Ştatlarında 16-cı əsrdə yaşayıb yaratmış Azərbaycan şairi Yusif Ustaclu-Çavuşlunun şeirlər toplusu işıq üzü görüb.
Şairin şeirləri Tehran Universiteti, Məşhədin Firdovs Universiteti və Londonun Britaniya Muzeyi kitabxanasında saxlanan əlyazmalar əsasında çapa hazırlanıb. Birinci Şah Təhmasib dövründə, 1571-1573-cü illərdə Təbriz valisi olmuş Yusif bəyin şeirlərində Nəvai və Füzulinin təsiri aydın surətdə görülməkdədir.
Kitabın tərtibçis...Daha Ətraflı
Bu gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar və Xocalı faciəsi” mövzusunda tədbir keçirilib. İlk öncə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə İnstitutun icraçı direktoru, fil.e.d., professor Paşa Kərimov açaraq tarix boyu ...Daha Ətraflı
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru Paşa Kərimov Space TV-yə görkəmli şair Əli Kərimin xatirə gecəsi tədbiri ilə bağlı müsahibə verib.
Şair Əli Kərimin xatirə gecəsi - Space TV
...Daha Ətraflı
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru Paşa Kərimov Xəzər TV-yə görkəmli şair Əli Kərimin xatirə gecəsi tədbiri ilə bağlı müsahibə verib.
Şair Əli Kərimin xatirə gecəsi - Xəzər TV
...Daha Ətraflı
Beynəlxalq Muğam Mərkəzində Milli Məclisin Mədəniyyət komitəsinin dəstəyi ilə görkəmli Azərbaycan şairi Əli Kərimin azərbaycanca, Türkiyə türkcəsində və rusca çıxmış kitablarının təqdimat mərasimi və xatirə gecəsi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva XX əsr Azərbaycan şeirinin görkəmli nümayəndəsi Əli Kərimin yaradıcılığından, onun ədəbiyyat tariximizdəki yerindən bəhs edib. Vurğulayı...Daha Ətraflı
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, institutun icraçı direktoru, fil.e.d. Paşa Kərimov, elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə və institutun elmlər doktoru hazırlığı üzrə doktorantı, fil.ü.f.d. Şəhla Məcidova AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və Özbəkistan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Bakıda – Nizami Gən...Daha Ətraflı
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Aybəniz Rəhimovanın “Qəhrəmannamə” yazılı dastan abidəsi (elmi-paleoqrafik, filoloji araşdırma və mətnin transfoneliterasiyası) kitabı işıq üzü görüb. Ömrünün 40 ilini “Kitabi-Dədə Qorqud” dastanının tədqiqinə həsr etmiş filologiya elmləri doktoru, əməkdar elm xadimi Şamil Cəmşidova ithaf olunmuş kitabda Yaxın Şərq...Daha Ətraflı
Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimovun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mətbu orqanı “Mədəniyyət” qəzetində Beynəlxalq Əlyazma gününə həsr olunmuş “Hər yazılan tarix olmasa da...” başlıqlı müsahibəsi dərc olunub. Alim müsahibədə Əlyazmalar İnstitutu, burada qorunub saxlanılan əlyazmalar, onların tarixi və tədqiqi, əl yazısının əhəmiyyətindən söz açıb, mövzu ilə bağlı sualla...Daha Ətraflı
Bu gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar – Ümumxalq hüzn gününə həsr olunmuş “20 Yanvar xalqımızın şanlı tarix səhifəsi” adlı vətənpərvərlik ruhunda tədbir keçirilib. İlk öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Tədbiri giriş nitqi ilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərim...Daha Ətraflı
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun "Nәş`ә Tәbrizi" məqaləsi “Azərbaycan” jurnalında çap edilib.
Məqalə ilə buradan tanış ola bilərsiniz
...Daha Ətraflı
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, görkəmli etnoqraf, Zərdabişünas alim, təcrübəsi bəyənilmiş pedaqoq, tarix üzrə fəlsəfə doktoru, dosent Esmira Cavadovanın 80 illik yubileyi əməkdaşı olduğu institutda təntənəli şəkildə qeyd olunub. Tədbiri institutun baş direktoru, akademik Teymur Kərimli açaraq yubilyar haqqında, onun elmi yaradıcılığı, pedaqoji və ictimai fəaliyyəti barədə öz fikirlərini söyləyib və çıxış üçün sözü məruzəçilərə veri...Daha Ətraflı
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Pərvanə Teyyubovanın “Ömər Faiq Nemanzadə arxivinin təsviri” kitabı işıq üzü görüb. Kitabda ilk dəfə olaraq görkəmli ədib, ictimai-siyasi xadim, mollanəsrəddinçi, publisist Ömər Faiq Nemanzadənin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan şəxsi arxiv materialları t...Daha Ətraflı