24 may 2021-ci il tarixində İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət bölməsinin birinci katibi, doktor Hudayfa Mahmud Ziad AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub. Qonağı Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli qəbul edib. Görüşdə elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov iştirak ediblər. Görüş zamanı Əlyazmalar İnstitutunun İraq Respublikasında fəaliyyət göstərən əlyazma mərkəzləri ilə elmi əlaqələrinin perspektivləri müzakirə olunub. Qonağa İnstitutda mühafizə olunan ərərbdilli əlyazmalar haqqında ətraflı məlumat verilib, cənab I katib Ekspozisiya zalında nümayiş edilən nadir eksponatlarla tanış olub. Sonda doktor Hudayfa Mahmud Ziad Əlyazmalar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıb.

manuscript.az