Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 18-26 may tarixində “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində “Muzeylər və Nizami irsi” adlı onlayn Beynəlxalq proqrama start verilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixində imazaladığı sərəncama əsasən, 2021-ci ilin “Nizami ili” elan olunması ilə bağlı həyata keçirilən “Muzeylər və Nizami irsi” adlı onlayn Beynəlxalq proqramın məqsədi məktəblilərə dahi şair Nizami irsini aşılamaqdır. Proqramın gündəliyinə uyğun olaraq 19 may 2021-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ekspozisiya zalında canlı yayım həyata keçirilib. Yayım zamanı institutun fondlarında mühafizə olunan Nizami Gəncəvi Əlyazmaları haqqında məktəblilərə geniş məlumat verilib. Məlumatı S.C.Pişəvəri adına Respublika Humanitar FənlərGimnaziyasının 9e sinif şagirdi Fidan Xəlilli təqdim edib. Təqdimatdan sonra Əlyazmalar İstitutunun elmi işlər üzrə direktor müavini filologiya elmləri doktoru Paşa Kərimov izləyiciləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, canlı bağlantı zamanı Nizami Gəncəvi “Xəmsə”sinin Əlyazmalar İnstitutunda mühafizə olunan ən qədim, ən nəfis əlyazma nüsxələri nümayiş etdirilmiş və hər biri haqqında müfəssəl məlumat verilmişdir.

manuscript.az