AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Şəmsəddin Saminin həyatı, mühiti və yaradıcılığı” adlı monoqrafiya çap olunub. Əlyazmalar İnstitutunun “Multidissiplinar əlyazmaların tədqiqi” şöbəsinin elmi işçisi Rəna İskəndərlinin müəllifi olduğu kitab Türkiyə mədəniyyətinin Tənzimat dövrünün görkəmli nümayəndəsi: tədqiqatçısı, dilçi, dram və roman müəllifi Şəmsəddin Saminin (1850-1904) elmi-bədii irsinin tədqiqinə həsr olunub. Qeyd edək ki, kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Azadə Musabəyli və filologiya elmləri doktoru, professor Paşa Kərimov, rəyçiləri filologiya elmlər doktoru Nailə Səmədova və filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovdur.

manuscript.az