AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Əbru sənəti və sirləri” adlı kitab işıq üzü görüb. Kitabın müəllifi institutun Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucovdur. Tədqiqatçı Z.Orucov incəsənətin bir növü olan əbru sənətinin Azərbaycanda hələlik yeganə ustadıdır.

Kitabın ön sözü Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimova aiddir. İnstitutun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Məmmədbağıroğlu nəşrin elmi redaktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov isə məsləhətçisidir.

Kitabda qədim əlyazma kitablarının bədii tərtibatının tərkib hissəsi olan əbru sənətindən, onun incəliklərindən, tarixindən, o cümlədən insan üzərindəki təsirlərindən bəhs olunub.

manuscript.az