Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Kitabxanasının və Beynəlxalq Muğam Mərkəzinin birgə “Sirlər xəzinəsi” ədəbi-bədii məclisləri layihəsindən XIX əsr Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın yaradıcılığına həsr olunmuş növbəti tədbir keçirilmişdir.
Fevral ayının 3-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Kitabxanasının və Beynəlxalq Muğam Mərkəzinin birgə “Sirlər xəzinəsi” ədəbi-bədii məclisləri layihəsindən XIX əsr Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın yaradıcılığına həsr olunmuş növbəti tədbir keçirilmişdir.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamışdır. O, bu məclisin natəvansevənlər, poeziyasevər və musiqisevərlər üçün bir töhvə olduğunu vurğulamışdır. Xan qızı Natəvanın yaradıcılığından qısa danışaraq sözü layihənin həmmüəllifli Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynova vermişdir. O, öz çıxışında mütəmadi olaraq belə tədbirlərin keçiriləcəyini söyləmişdir.
Poeziya və musiqinin vəhdətindən ibarət tədbirdə klassik ədəbiyyatımızın görkəmli tədqiqatçıları AMEA-nın müxbir üzvü Nizami Cəfərov, AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini, professor Paşa Əlioğlu, Yazıçılar Birliyinin Qarabağ bölgəsinin sədri, professor Ənvər Əhməd, yazıçı-publisist Mustafa Çəmənlinin çıxışları dinlənilmiş, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızının ifasında Xurşidbanu Natəvanın şeirləri səsləndirilmiş və məclis boyu– Əməkdar artistlər Qəzənfər Abbasov, Feyruz Səxavət, muğam ifaçısı, xanəndə Sevinc Sarıyeva, Muğam müsabiqəsinin qalibi Günay İmamverdiyeva, Muğam müsabiqəsinin iştirakçısı Mustafa Mustafayev, xanəndə Rövşən Bəşirovun ifasında şairənin qəzəlləri oxunmuşdur.
Xurşidbanu Natəvanın zəngin yaradıcılığını özündə əks etdirən kitab sərgisi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Tədbirdə elm və mədəniyyət xadimləri, yazıçı və şairlər, ədəbiyyatşünas alimlər, Milli Məclisin deputatları, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, respublikanın aparıcı kitabxanalarının rəhbərləri və b. iştirak edirdi.
Azərbaycan Milli Kitabxanası