17 oktyabr 2017-ci il tarixdə Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Dil və ədəbiyyat İnstitutunun Şərqşünaslıq şöbəsinin böyük elmi işçisi Həsən Məmmədrəsul oğlu Orucov (Orazayev) və həmin mərkəzin Tarix, arxeologiya və etnoqrafiyaİnstitutunun Şərqşünaslıq şöbəsinin böyük elmi işçisi, tarix elmləri namizədi Milena Nuru qızı Osmanova AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qonaq olublar. Qonaqları İnstitutun elmi işlər üzrə direktor müavinləri, filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov, elmi katib, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov və Beynəlxalq əlaqələr şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov qarşılayıb.
Qonaqlar İnstitutun Ekspozisiya zalında olublar, onlara burada qorunan əlyazma və əski çap kitabları haqqında geniş məlumat verilib.
Qonaqlar Əlyazmalar İnstitutunun Elektron resurslar şöbəsində də olub və şöbə əməkdaşları onları əlyazmaların elektronlaşdırılması işi ilə yaxından tanış ediblər.
Həsən Məmmədrəsul oğlu Orucov özünün rus dilində çapa hazırladığı “Əbusüfyan Akayev – dövrü, həyatı və fəaliyyəti” və XVII-XIX əsrlərdə Şimalı Qafqazda türkdilli işgüzar yazışmalar” adlı kitablarını institutun kitabxanasına hədiyyə edib.
elyazmalarinstitutu.com