Yanvarın 18-də akademik Rafael Hüseynovun sədrliyi ilə ARETƏŞ Filologiya Problemləri üzrə Elmi Şuranın 1-ci iclası keçirilmişdir. Bu dəfə 4-ü elmlər doktorluğu hazırlığı, 13-ü fəlsəfə doktorluğu hazırlığı üzrə olmaqla sənəd tədqim etmiş 17 nəfər mövzusu müzakirə olunmuş, dissertant və doktorantlara müvafiq tövsiyələr verilmişdir. Elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş şəxslərdən AMEA Folklor İnstitutunun dissertantı Albalıyev Şakir Əlif oğlunun “Azərbaycan xalq bayramlarının ritual-mifoloji əsasları və etnokulturoloji semantikası”, AMEA Folklor İnstitutunun əyani doktorantı Əskər Nailə Baxşəli qızının “Koroğlu” dastanının Azərbaycan və türkmən versiyalarının tipologiyası” mövzuları adlarında heç birr dəyişiklik edilmədən təsdiq edilmişdir. AMEA Naxçıvan Bölməsinin doktorantı Həşimov Əli Həsənqulu oğlunun “Azərbaycan ədəbiyyatıında povest: təşəkkülü, inkişaf mərhələləri, poetikası” adlı mövzusunun və mövzu ilə əlaqədar tərtib edilmiş plan-prospektinin nəzərdən keçirilməsindən sonra bu araşdırmanın miqyası etibarı ilə elmlər doktoru dərəcəsi səviyyəsinə uyğun gəlmədiyi bildirilmişdir. Mövzu təsdiq edilməsə də, iddiaçıya daha sanballı və problematik mövzu seçməsi üçün müəyyən tövsiyələr verilmişdir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Kazımova Sevinc Beydulla qızının “Azərbaycan lirik nəsri və poetikası” mövzusunun adında dəyişiklik edilmişdir. Ona yeni sərlövhəyə uyğun plan-prospektlə növbəti iclasa gəlməyi məsləhət görülmüşdür.

Fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə mövzusu müzakirəyə çıxarılanlardan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əyani doktorantı Əliyeva Şəfa Şakir qızının “Azərbaycan tənqidi realist dramaturgiya-sında dialoq və monoloq”, Qərbi Kaspi Universitetinin İngilis dili və ədəbiyyatı kafedrasının doktorantı Xəlilov Məhəmməd Məhərrəm oğlunun “İngilis dilində söz yaradıcılığının sosial-kulturoloji aspekti”, Bakı Slavyan Universitetinin dissertantı İslamova Samirə İlham qızının “XX əsr rus memuar nəsri və İrina Odoyevtsevanın yaradıcılığı”, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının qiyabi doktorantı Kərimova Əsmər Mahir qızının “Müxtəlif sistemli dillərdə feilin keçmiş zaman formasının ifadəsi (Azərbaycan və ingilis dillərinin materialları əsasında)”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qiyabi doktorantı Qasımova Ülviyyə Zabil qızının “Dünya ədəbiyyatında marş poeziyası”, Bakı Avrasiya Universitetinin dissertantı Qasımova Yeganə İltifat qızının “German dillərində fonoloji qarşılaşmaların tipologiyası”, Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının dissertantı Orucova Aynur Allahverdi qızının “Azərbaycan dilində obrazlaşdırıcı dil vasitələrinin məntiqi-linqvistik normaları”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Səmədova Sənubər Ravil qızının “Azərbaycan və özbək ədəbiyyatında milli özünüdərk ideyaları (Hüseyn Cavid və Əbdürrauf Fitrət yaradıcılıqları əsasında)” mövzuları adlarında heç bir dəyişiklik edilmədən təsdiq edilmişdir. Lakin nəzərə alınmalıdır ki, bu mövzuların bir neçəsi ötən iclaslarda müzakirə edilmiş, müxtəlif düzəliş və dəqiqləşdirmələr aparılmış, bəzi mövzular əsaslə şəkildə dəyişdirilmişdi. Ona görə də bu iclasda diqət əsasən həmin yeniləşdirilmiş mövzuların təzə plan-prospektlərinə yönəldilmişdi. Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının doktorantı Əhmədova Zemfira Rafik qızının “İngilis və Azərbaycan dillərində frazeoloji evfemizmlərin semantik, sintaktik və funksional xüsusiyyətləri” mövzusu dəyişdirilərək “İngilis və Azərbaycan dillə-rində frazeoloji evfemizmlər” kimi, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dissertantı Xuduyeva Günay Rüstəm qızının “Bədii mətndə nitq situasiyasının verballaşmasının diskursuv təhlili” mövzusu dəqiqləşdirilərək “Bədii diskursda nitq situasiyasının verballaşması” kimi, Bakı Mühəndislik Universitetinin Pedoqoji fakültəsinin doktorantı Tahir Subeybat Əlaməddin qızının “Müasir Azərbaycan və türk dillərində məişət leksikasının struktur-semantik təhlili” mövzusu “Türk dillərində məişət leksikasının struktur-semantik təhlili”şəklində təsdiq edilmişdir.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun əyani doktorantı Amanəliyeva Aygün Balahüseyn qızının “Müxtəlifsistemli dillərdə kəmiyyət kateqoriyası (Azərbaycan və ingilis dilləri materialları əsasında)” adlı mövzusu daha əvvələr işlənmiş bənzər mövzu olduğundan təsdiq edilməmişdir. Bakı Slavyan Universitetinin Slavyan filologiyası kafedrasının dissertantı Yolçuyeva Zümrüd Sahib qızının “Polyak və Azərbaycan dillərində paremioloji vahidlərin müqayisəli təhlili (Polyak və Azərbaycan xalq nağıllarının materialları əsasında)” mövzusunun adında isə dəyişiklik edilərək yeni plan-prospekt tərtib etməyi tövsiyə edilmiş, növbəti iclasda bu məsələyə təkrarən baxılması qərara alınmışdır. Ümumiyyətlə, iclasda 3-ünün adında dəyişiklik edilməklə 13 mövzu təsdiq edilmişdir. Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı filologiya üzrə elmlər doktorları , professorlar Atamoğlan Həsənov, Aida Qasımova, Bədirxan Əhmədov, Bilal İsmayılov, Əsgər Rəsulov, Fəxrəddin Veysəlli, Hüseyn Həşimli, Qəzənfər Kazımov,Qorxmaz Quliyev, Qulu Məhərrəmli, Mehdi Kazımov, Məmməd Qocayev, Ramiz Əsgər, Seyfəddin Rzasoy, Paşa Kərimov çıxış edərək fikir və təkliflərini bildirmişlər.

nizamimuseum.az