AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda 2 fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva Kəngərli açaraq Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətindən, Gənclər Gününün təsis edilməsi tarixindən danışmışdır. O, Ulu Öndərin gənclərlə bağlı ortaya qoyduğu prinsiplərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirmişdir. A.Əliyeva-Kəngərli vurğulamışdır ki, bu gün Azərbaycan dövlətçiliyinin keşiyində cəsarət və ləyaqətlə dayanan bir gənclik yetişmişdir.

İnstitutun elmi işlər üzrə direktor müavini Paşa Kərimov Azərbaycanda gəncliyə böyük meydan verildiyini qeyd etmiş və onların yaradıcılıq və quruculuq sahəsində öz bacarıq və qabiliyyətlətni nümayiş etdirməsinə hər cür şərait yaradıldığını diqqətə çatdırmışdır.

İnstitutun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfov gənclərin bütün sahələrdə fəal olduğunu, təhsil, elm üzrə böyük nailiyyətlə imza atdığını vurğulamışdır. O, Aprel döyüşlərindən söhbət açaraq gənclərin həmin günlərdə həqiqi qəhrəmanlıq göstərdiyini qeyd etmişdir. O, sonda gəncliyə xüsusi qayğısına görə ölkə başçısına minnətdarlığını bildirmişdir.

elyazmalarinstitutu.com