Akademik Rafael Hüseynovun sədrliyi ilə ARETƏŞ Filologiya Problemləri üzrə Elmi Şuranın 5-ci iclası keçirilmişdir. Bu dəfəki iclasda 12-si elmlər doktorluğu hazırlığı, 22-si isə fəlsəfə doktorluğu hazırlığı olmaqla 34 nəfər sənəd tədqim etmiş iddiaçının mövzuları müzakirə olunmuş, dissertant və doktorantlara tədqiqatlarının təkmilləşdirməkləri üçün müvafiq tövsiyələr verilmişdir.

Elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş şəxslərdən AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Bayramova Günel Məhəmməd qızının “Müxtəlifsistemli dillərdə ritorik fiqurların semio-koqnitiv xüsusiyyətləri”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı İsmayılova Təhminə Rasim qızının “Azərbaycan mətbuat dili mətn dilçiliyi aspektində (2010-2020-ci illərin qəzet materialları əsasında)”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Qurbanova Şəhla Yaqub qızının “Azərbaycan-Hindistan ədəbi əlaqələri”, AMEA Folklor İnstitutunun dissertantı Mənsimova Zümrüd İbrahim qızının Azərbaycan folklorunda əcdad kultu və onun transformativ paradiqmaları”, AMEA Naxçıvan bölməsinin doktorantı Səfərova Leyla Abbas qızının “İngilis və Azərbaycan dillərində növ paradiqminin ifadə vasitələri və törəmə qrammatikasında bu problemin həlli məsələləri”, Azərbaycan Dillər Universitetinin doktorantı Süleymanova İmarət Cavad qızının “Folklor frazeologiyasının struktur-semantik xüsusiyyətləri”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Mustafayev Fizuli Nəcməddin oğlunun “Azərbaycanda kino dilinin üslubi-semantik xüsusiyyətləri” mövzuları adlarına heç bir dəyişiklik olmadan təsdiq edilmişdir.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Əliyeva Gültəkin Alışan qızının “Azərbaycan və rus dillərində sadə cümlənin növləri və tipologiyası” mövzusu “Azərbaycan və rus dillərində sadə cümlənin tipologiyası” kimi, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Qəribli Aysel Nizami qızının “Türk dili və türk dilləri anlayışının təşəkkülü tarixi” mövzusu “Türk dili və türk dilləri anlayışının formalaşması tarixinin elmi-metodoloji problemləri” şəklində adlarında müəyyən dəqiqləşdirilmə aparılmaqla təsdiq edilmişdir.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Həsənov Əkrəm Bəhram oğlunun “XIX-XX əsrin əvvəlləri Azərbaycan lirikasında ənənə və novatorluq poetik təfəkkürün dinamikası kimi” və Sumqayıt Dövlət Universitetinin dissertantı Məmmədova Törə Kamal qızının Çağdaş Azərbaycan nəsrində roman formalarının transformasiya yolları” mövzuları doktorantura ixtisalarına uyğun olmadığına görə təsdiq edilməmişdir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Səttarov Samir Kamal oğlunun “Polyak ədəbiyyatı və Azərbaycan” mövzusunun adında müəyyən dəyişiklik edilməklə təsdiqi növbəti iclasa saxlanılmışdır. İddiaçıya problemin qoyuluşu və adlanmasının müxtəlif optimal variantları təklif edilmiş, seçim hüququ onun öz ixtiyarına buraxılmışdır.

Fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə Naxçıvan Dövlət Universitetinin dissertantı Babazadə Zamin İsrafil oğlunun “Mirzə Fətəli Axundzadə obrazı Azərbaycan ədəbiyyatında”, Azərbaycan Dillər Universitetinin dissertantı Bünyatova Aytən Bəxtiyar qızının “Müxtəlif sistemli dillərdə linqvokulturoloji informasiyanın koqnitiv qavranılması”, Bakı Dövlət Universitetinin qiyabi doktorantı Cəbrayılova İlahə Qüdrət qızının “Onlayn jurnalistikada peşəkarlıq problemləri”, Naxçıvan Dövlət Universitetinin dissertantı Cəfərli Rəcəb Cəmaləddin oğlunun “Müasir Britaniya slenqinin semantik xüsusiyyətləri və onların Azərbaycan dilində ifadə yolları”, Bakı Dövlət Universitetinin qiyabi doktorantı Ebadı Mohammad Bayramalının “Müasir Qaradağ aşıq mühitində yaşayan qeyri-mətbu aşıq irsi”, Bakı Dövlət Universitetinin əyani doktorantı Hüseynova Mətanət Məhərrəm qızının “Müasir Azərbaycan televiziyasının cəmiyyətin iqtisadi maarifləndirməsində rolu”, Naxçıvan Dövlət Universitetinin dissertantı Əlizadə Sitarə Hüseyn qızının “Azərbaycan tarixi poemalarında ədəbi şəxsiyyətlərin bədii obrazı”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Nəsrullayeva Nərminə Zülfəli qızının “Fransız dilində ara söz və ara cümlələrin intonasiya xüsusiyyətləri”,Bakı Avrasiya Universitetinin dissertantı Zərbəliyeva Ayşən Mahmud qızının “Müstəqillik illərində uşaq ədəbiyyatının leksikası” mövzularının adlarında dəyişiklik edilmədən təsdiq edilmişdir. Odlar Yurdu Universitetinin doktorantı Eyyubova Aygül İlham qızının “Mətnin qurulmasında tematik, semantik proqressiyanın və inversiyanın rolu” mövzusu “Mətnin struktur-semantik xüsusiyyətləri və inversiya” kimi, AMEA Nəsini adına Dilçilik İnstitutunun dissertantı Əliyeva Mehriban İlyas qızının “Müstəqillik illərində Azərbaycan dilində elmi üslubun inkişaf istiqamətləri” mövzusu “Müstəqillik illərində Azərbaycan ədəbi dilində elmi üslub” kimi, Bakı Avrasiya Universitetinin qiyabi doktorantı İsgəndərova Nərmin Məmmədrasul qızının “Türk folklorunun Bozqurd mifologemi və onun milli-mədəni düşüncədəki paradiqmaları” mövzusu “Bozqurd mifologemi və onun milli-mədəni düşüncədəki paradiqmaları” kimi, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı İsmayılova Əfsanə Şəmsəddin qızının “XIX əsr Azərbaycan ədəbiyyatında anadilli məsnəvilər” mövzusu “XIX əsr Azərbaycan anadilli məsnəviləri” kimi, Azərbaycan Universitetinin doktorantı İsmayılova Günay Arif qızının “Uilyam Somerset Moemin nəsrində incəsənət mövzusu” mövzusu “Uilyam Somerset Moemin nəsrində sənət və sənətkar problemi” kimi, Odlar Yurdu Universitetinin doktorantı Novruzova Səadət Vəliyulla qızının “İngilis və Azərbaycan dillərində konsept tiplərinin linqvokulturoloji xüsusiyyəri” mövzusu “Konsept tiplərinin linqvokulturoloji xüsusiyyəti”kimi, Bakı Avrasiya Universitetinin qiyabi doktorantı Yusifova Fidan Elxan qızının “Şərq qrupu dialektlərində sözlərin semantik xüsusiyyətləri və frazeologizmlərin koqnitiv təhlili” mövzusu “Azərbaycan şərq qrupu dialektlərində semantik xüsusiyyətlər və frazeologizmlərin koqnitiv təhlili” kimi, Bakı Avrasiya Universitetinin dissertantı Yusifova Səidə Ramiz qızının “Media diskursunda evfemiya və disfemiyanın struktur-semantik, praqmatik və üslubi aspektləri (İngilis və Azərbaycan dillərinin materialları əsasında)” mövzusu “Media diskursunda evfemiya və disfemiya” kimi təsdiq edilmişdir.

Azərbaycan Universitetinin dissertantı Bayramova Kəmalə Oqtay qızının “Süleyman Vəliyevin nəsrində sosial gerçəkliyin inikası problemləri” və Bakı Avrasiya Universitetinin dissertantı Qasımova Sevda Mirkazım qızının “XX əsr Şirvan aşıq mühiti və Aşıq Xanış Pirbəxtikəmin yaradıcılığı mövzularına nisbətən oxşar və müəyyən qədər kəsişən mövzuların daha əvvəllərdə təsdiq edilməsi səbəbindən onlara məsələyə yeni aspektdən yanaşaraq, uyğun plan-prospekt düzəldərək növbəti iclaslardan birində iştirak etmələri tövsiyə edilmişdir. Sumqayıt Dövlət Universitetinin dissertantı İsmayılova Lamiyə Məhərrəm qızının “Hüseyn Abbaszadənin yaradıcılığında tarixilik və müasirlik” mövzusu artıq başqa araşdırmaçı tərəfindən tədqiqata cəlb edildiyindən təsdiq edilmədi.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Qurbanova Xuraman Fəxrətdin qızının “Müasir Azərbaycan dilində alman mənşəli alınmaların linqvo-praqmatik xüsusiyyətləri” mövzusunu ixtisasına uyğunlaşdırması və buna müvafiq olaraq yenidən plan-prospekt tərtib etməsi məsləhət görüldü. Sumqayıt Dövlət Universitetinin doktorantı Mirzəyeva Şahnaz Arif qızının “Hidayətin yaradıcılıq yolu” plan-prospekti qanaətbəxş olmadığından təsdiq edilməmişdir.

Ümumiyyətlə, iclasda 9-unun adında dəyişiklik edilməklə 26 mövzu təsdiq edilmişdir. Müzakirələrdə Elmi Şura sədri akademik Rafael Hüseynovla yanaşı lfilologiya üzrə elmlər doktorları, rofessorlar Atamoğlan Həsənov, Bədirxan Əhmədov, Cəlil Nağıyev, Əsgər Rəsulov, Fəxrəddin Veysəlli, Azadə Musabəyli, İmamverdi Həmidov, Qəzənfər Kazımov, Qorxmaz Quliyev, Qulu Məhərrəmli, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli, Paşa Kərimov çıxış edərək fikir və təkliflərini bildirmişlər.

nizamimuseum.az