Akademik Rafael Hüseynovun sədrliyi ilə 2018-ci il iyun ayının 14-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində ARETƏŞ Filologiya Problemləri üzrə Elmi Şurasının 6-ci iclası keçirilmişdir. Bu dəfəki iclasda 10-u elmlər doktorluğu, 31-i isə fəlsəfə doktorluğu hazırlığı olmaqla 41 nəfər sənəd tədqim etmiş şəxslin mövzuları müzakirə olunmuş, dissertant və doktorantlara tədqiqatlarını təkmilləşdirmələri üçün müvafiq tövsiyələr verilmişdir. Elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş şəxslərdən AMEA Folklor İnstitutunun doktorantı Abbaslı Sönməz İsrafil qızının “Qarabağ folklor mühitinin tipologiyası”, Azərbaycan Dillər Universitetinin dissertantı Ağabəyli Vüsalə Elxan qızının “Bədii mətndə gender konseptinin linqvistik reprezentasiyası (İngilis və Azərbaycan dillərinin materialları əsasında)”, Bakı Slavyan Universitetinin doktorantı İsmayılzadə Gülbəniz Məhəmməd qızının “Oğuz qrupu türk dillərində sintaktik sinonimlik”, Azərbaycan Dillər Universitetinin dissertantı İsrafilova Gülmar Fəxrəddin qızının “Sabit söz komplekslərinin koqnitiv təhlili”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Məmmədova Gülbəniz Sədulla qızı “Fransız dilində invektiv leksikanın semantik sahə strukturu” mövzuları adlarında heç bir dəyişiklik edilmədən təsdiq edilmişdir. Bakı Slavyan Universitetinin dissertantı Tarzumanova İnnara Faikovnanın “Fransız, rus və Azərbaycan dillərində arqo sözlərin linqvistik-üslubi təhlili” mövzusu “Müxtəlifsistemli dillərdə arqoların linqvistik-üslubi təhlili” kimi, AMEA Folklor İnstitutunun dissertantı Yaqubqızı Mətanət Yaqub qızının “Azərbaycan mərasim folklorunun işarələr sistemi” mövzusu “Azərbaycan mərasim folklorunun semiotikası” şəklində təsdiq edilmişdir. Azərbaycan Dillər Universitetinin dissertantı Əliyev Mehman Qaraxan oğlunun “Müstəqillik dövrü Azərbaycan nəsrində janr və üslub yeniləşməsi” mövzusu artıq oxşar və yaxın mövzuda müdafiə olunmuş dissertasiyanın mövcudluğu ilə əlaqədar təsdiq edilməmişdir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Həsənova Lalə Tofiq qızına “Azərbaycan ədəbiyyatında bədii-sənədli nəsr: ideya-məzmun axtarışları və inkişaf mərhələləri (1980-2000-ci illər)” mövzusunun adında, arşdırılacaq materialın əhatə dairəsində müəyyən dəyişikliklər aparılaraq, yeni plan-plan prospekt düzəldərək növbəti iclaslardan birində iştirak etməyi tövsiyə olunmuşdur.

Sumqayıt Dövlət Universitetinin dissertantı Məmmədova Törə Kamal qızı “Çağdaş Azərbaycan romanında transformasiya” mövzusu iddiaçının doktoranturya qəbul edildiyi ixtisasa uyğun gəlmədiyi üçün təsdiq edilmədi. Fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə Azərbaycan Universitetinin dissertantı Bayramova Kəmalə Oqtay qızının “Süleyman Vəliyevin yaradıcılığında avtobioqrafizm”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantı Cəfərova Həbibə Malik qızının “V.P.Rasputinin nəsrində milli aləm və onun Azərbaycan dilinə tərcüməsi məsələləri (“Sonuncu möhlət”, “Mariyaya pul lazım idi” povestləri əsasında)” Национальный мир в прозе В.П.Распутина и способы его передачи в азербайджанских переводах (на материале повестей «Последний срок» и «Деньги для Марии»), Bakı Slavyan Universitetinin doktorantı Əhmədova Eldemir Tənzilə Rövşən qızının “Oğuz qrupu türk dillərində söz köklərinin leksik-semantik diferensiallaşması”, Sumqayıt Dövlət Universitetinin dissertantı İsmayılova Lamiyə Məhərrəm qızının “Tofiq Mahmudun yaradıcılığı”, Odlar Yurdu Universitetinin doktorantı Məmmədova Şəlalə Adışirin qızının “Müxtəlifsistemli dillərdə feili polisemiya: funksional və leksioqrafik spesifika (ingilis və Azərbaycan dillərinin materialları üzrə)”, Bakı Dövlət Universitetinin əyani doktorantı Məmmədzadə Vüsal Səyyaf oğlunun “Multimedia jurnalistikasına inteqrasiya dövründə kontent istehsalı və təqdimatının yeni üsulları”, Bakı Dövlət Universitetinin qiyabi doktorantı Mikayılov Ülvi Aydın oğlunun “İsa Muğannanın yaradıcılığında avtobioqrafizm”, AMEA Folklor İnstitutunun dissertantı Paşayeva Sahibə Sədnik qızının «“Koroğlu” və “Manas” dastanlarında hərb mövzusunun mifoloji semantikası», Bakı Slavyan Universitetinin doktorantı Rüstəmova Yeganə Heybət qızının “Azərbaycan dilində paremioloji vahidlərin struktur-semantik xüsusiyyətləri”, Rüstəmova Yeganə Heybət qızının “Azərbaycan dilində paremioloji vahidlərin struktur-semantik xüsusiyyətləri”,Azərbaycan Universite-tinin dissertantı Sarıvəlli Leyla Ramiz qızının “Amerika gerçəkliyinin Şervud Anderson yaradıcılığında təcəssüm xüsusiyyətləri”, Bakı Slavyan Universitetinin doktorantı Səfərova Sevil Mirzəxan qızının “Müasir Azərbaycan romanında təhkiyənin xatirə-memuar formaları (2000-2015-ci illər)” mövzularının adlarında heç bir dəyişiklik edilmədən təsdiq edilmişdir. Amma o da qeyd edilməlidir ki, bu iddiaçıların əksəri Filolgiya Şurasının iclasında bundan əvvəl də iştirak etmişlər. Və indi təsdiqlənən mövzular ya onlara məhz ötən iclaslarda təklif edilmiş, ya da əvvəlki, yetərincə dürüst formalaşdırılmamış mövzuları islah edilmiş, yeniləşdirilmiş mövzu üzrə onlara müvafiq plan-prospektlər hazırlamaq tövsiyyə edilmişdi. Bakı Slavyan Universitetinin dissertantı Babayeva Gülnar Arif qızının “Patrik Modiano və Con Faulzun bədii dünyasında oyun və seçim azadlığı” mövzusu “Patrik Modianonun romanları oyun və seçim azadlığı problematikası kontekstində” kimi, Azərbaycan Dillər Universitetinin dissertantı Əlizadə Kübrə Ceyhun qızının “İngilis və Azərbaycan morfem sərhədlərində ambiqutivliyin müəyyənləşməsində fonetik vasitələrin rolu (eksperimental-fonetik təhlil işığında)” mövzusu “İngilis və Azərbaycan dillərində morfem sərhədlərinin qovşağında ambiqutivliyin müəyyənləşməsində fonetik vasitələrin yeri” kimi, Azərbaycan Universitetinin doktorantı Hüseynli Hüseyn Rafael oğlunun “H.Cavidin mənsur dramaturgiyasının poetikası” mövzusu Hüseyn Cavidin mənzum dramaturgiyası” kimi, Bakı Dövlət Universitetinin doktorantı İsayeva Rəfanə Camal qızının “Azərbaycan dilində əlavə konstruksiyalar” mövzusu “Azərbaycan dilində əlavə konstruksiyaların struktur-semantik xüsusiyyətləri” kimi, Azərbaycan Dillər Universitetinin doktorantı Qocayeva Leyla Elşad qızının mövzusu “Kurt Vonnequtun ədəbi irsində Amerika həyatının təcəssümü” mövzusu “Kurt Vonnequtun yaradıcılığında Amerika gerçəkliyi”kimi, AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantı Yusifli Şahin Kamal oğlunun “Farsdilli klassik poeziyada oyun adlarının linqvo-poetik təhlili (Azərbaycan klassik ədəbiyyatının materialları ilə müqayisədə)” mövzusu “Farsdilli klassik poeziyada oyun leksik-semantik sahəsinin linqvo-poetik xüsusiyyətləri” kimi təsdiq edilmişdir.

Azərbaycan Dillər Universitetinin doktorantı Aslanova Səbuhə Aslan qızının “Azərbaycan dilçiliyinin tarixi (mətn dilçiliyi)”, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Əsədov Sabir Alim oğlunun “Müasir Cənubi Azərbaycan poeziyasında janr və forma axtarışları” mövzuları iddiaçıların doktoranruraya qəbul edildikləri ixtisasa uyğun gəlmədiyi üçün təsdiq edilmədi.

Azərbaycan Universitetinin doktorantı Atakişiyeva Tamara Rövşən qızının “Müasir Azərbaycan ədəbiyyatında memuar janrı (XX-XXI əsr qovşağında)”, Bakı Avrasiya Universitetinin dissertantı Quliyeva Aynur Nəsib qızının “Repressiya dövrü Azərbaycan ədəbiyyatı və onun dövri mətbuatda əksi (1920-1950-ci illər)”, Bakı Slavyan Universitetinin dissertantı Məmmədova Fərqanə Fizuli qızının “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlərin ritorik strukturu”, Azərbaycan Dillər Universitetinin dissertantı Əsgərov Hüseyn Həsən oğlunun “Azərbaycan, erməni və ingilis dillərində feilin zaman kateqoriyası” mövzuları artıq bütünlüklə, yaxud əsasən başqa tədqiqatçılar tərəfindən işlənildiyindən təsdiq edilmədi. Onların bəzilərinə Elmi Şura üzvləri daha optimal mövzular da təklif etmişlər.

Məsələn, akademik Rafael Hüseynov həm erməni dilini mükəmməl bilən, həm də ingiliscəsi olan dissertant Hüseyn Əsgərova Azərbaycan dilinin erməni ədəbi dili və ləhcələrinə təsiri ilə bağlı mövzunu işləməyi tövsiyyə etmiş, məhz belə bir mövzunun onun tərəfindən işlənməsinin həm persektivli, həm də istər elmi, istər ideoloji baxımdan faydalı olacağını bildirmişdir. Bakı Slavyan Universitetinin dissertantı Aydınova Səkinə Dəmir qızının “Müasir Azərbaycan və İngilis dillərində “qaçqınlar” konseptinin verballaşması”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Cabbarova İzzət Qulam qızının “Azərbaycanca-ingiliscə və ingiliscə-azərbaycanca lüğətlərdə etnokultu-roloji informasiyanın verilmə üsulları”, Bakı Slavyan Universitetinin dissertantı Dövlətzadə Məhrux Əfsərağa qızının “Azərbaycan maarifçi-realist nəsrində (1890-1920-ci illər) islami dəyərlər” mövzularının adlarında müəyyən dəyişikliklər edildi və onlara həmin dəyişikliyə uyğun plan-prospekt hazırlayaraq növbəti iclaslarda iştirak etmələri tövsiyə edildi.

Bakı Avrasiya Universitetinin doktorantı Ələkbərova Fidan Faiq qızına “Dil və musiqinin koqnitiv aspektdə qarşılıqlı əlaqəsi (eksperimental-fonetik təhlil)”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Əsgərova Gülnar Tahir qızına “Müxtəlifsistemli dillərdə durğu işarələri sistemi” mövzuları ilə bağlı plan-prospektlərdə təqdim olunmuş mövzunu yetərincə əhatə etmək, eləcə də dissertasiyanın plan-prospektdə əks olunan məzmununu doktorantura ixtisasına daha çox uyğunlaşdırmaq məsləhət görüldü.

Bu mövzulara tövsiyyələr nəzərə alınandan sonra növbəti iclaslarda yenidən baxmaq qət edildi.. Bakı Avrasiya Universitetinin doktorantı Xudayarova Günəş Musaxan qızının “XX-XXI əsrin əvvəlləri zindan poeziyasında şair azadlığının sosial-bədii dərki” və AMEA Nəsimi adına Dilçilik İnstitutunun doktorantı İsmayılova Təranə Söhrab qızının “Azərbaycan dilində nitq etiketi” mövzsularının adında dəyişiklik etmələri və tədqiq dövrünü dəqiqləşdirmələri zəruri hesab edilərək təsdiq edilmədi.

Azərbaycan Dillər Universitetinin doktorantı Yunusova Günel Xanlar qızının “Bədii mətnlərdə xüsusi adların struktur-semantik aspektləri” mövzusunun plan-prospektini ixtisasa uyğunlaşdırılması tövsiyə edilərək təsdiqi növbəti iclaslardan birinədə baxılmaq üçün təxirə salındı. Ümumiyyətlə, iclasda 9-unun adında dəyişiklik edilməklə 24 mövzu təsdiq edilmişdir. 17 mövzu isə təsdiq edilməmişdir.

Müzakirələrdə Elmi Şuranın sədri, akademik Rafael Hüseynovla yanaşı filologiya üzrə elmlər doktorları, professorlar Aida Qasımova, Atamoğlan Həsənov, Bədirxan Əhmədov, Cəlil Nağıyev, Fəxrəddin Veysəlli, Qəzənfər Kazımov, Qorxmaz Quliyev, Rəhilə Quliyeva, Mehdi Kazımov, Nadir Məmmədli, Şəfəq Əlibəyli, Paşa Kərimov çıxış edərək fikir və təkliflərini bildiriblər.

www.nizamimuseum.az