Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan tarix və coğrafiyaya dair türkdilli əlyazmaların kataloqu rus dilində çap edilib. AZƏRTAC xəbər verir ki, nəşrin tərtibçiləri tarix üzrə fəlsəfə doktorları Akif Fərzəliyev və Rəna Məmmədovadır. “Elm və Təhsil” nəşriyyatında nəşr olunan kataloqun elmi redaktoru Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.

azertag.az