18 dekabr 2018-ci il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi Şuranın növbəti yığıncağı keçirilib. İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov iclasda institutun illik hesabatı ilə bağlı geniş məruzə ilə çıxış edib. Hesabat məruzəsində şöbələrdə aparılan tədqiqat işləri, çap olunan kitablar, elmi ezamiyyətlər, xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə bağlanan əməkdaşlıq müqavilələrinin icrası və digər məsələlər əhatə olunub. Məruzə ətrafında institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov və institutun digər əməkdaşları çıxış etmişlər. Sonda AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru Rəna Məmmədova çıxış edərək hesabatı yüksək qiymətləndirdi və kollektivə növbəti ildə də uğurlar dilədi Bütövlükdə hesabat qənaətbəxş hesab edildi.

manuscript.az