AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Novbəri” təxəllüslü istedadlı şair Kərbəlayi Qara Əliyevin (1885-1967) şəxsi arxivində mühafizə olunan əlyazma əsərləri çap olunub. Müəllifin kitaba daxil olan şeirləri – növhə və sinəzənlər (ağı, matəm nəğməsi) ilk dəfə çap olunur.

Kitabı tərtib edən, nəşrə hazırlayan və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Sevər Cabbarlıdır. Nəşrin redaktoru filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov, rəyçisi Rauf Şeyxzamanovdur. Şairin növhələrinin avtoqraf nüsxəsi də kitaba daxil edilib.

manuscript.az