Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Nailə Süleymanova institutda saxlanılan arxeoqrafik sənədlər arasında Osmanlı Dövlətinin onuncu padşahı Qanuni Sultan Süleymanın (v.1494/1566) hibənaməsini (torpaq bağışlanması haqqında fərman) aşkar edib. Hibənamə hicri 975-ci (m.1566) ildə İstanbulda (Konstatiniyyə) cəli xətti ilə qara, qızılı və göy rəngli mürəkkəblə əski əlifbada türk dilində yazılıb. Tumar (lülə) şəklində olan hibənamənin ölçüsü 30x180 sm-dir.
Hibənamənin sonunda vəzirlərdən Muhəmməd bin Əbdülhəyy, Pərtəv bin Əbdülhəyy, Fərhad bin Əbdülhəyy, qazıəskərlərdən Əhməd bin Mustafa (Rumeli), Hüseyn bin Əbdülhəyy (Anadolu) və şahid olaraq Əhməd bin əl-Dəftəri (Rumeli) imza atmışlar.
Məsələ ilə bağlı Paşa Kərimov müxtəlif mətbu orqanlara və o cümlədən Türkiyə mətbuatına müsahibə verib. Müsahibələrlə aşağıdakı linklərdən tanış ola bilərsiniz.
manuscript.az
trthaber.com
star.com.tr
haberturk.com