AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışlarına qoşulub. İnstitutun direktoru, akademik Teymur Kərimli, direktor müavini Paşa Kərimov və başqa əməkdaşlar bir aylıq əməkhaqqının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.
Yardım kampaniyasına qoşulmaq istəyən əməkdaşlar Fondun saytına daxil olaraq məbləğindən asılı olmayaraq ianə edə bilərlər:
http://www.covid19fund.gov.az/az/donation
Qeyd edək ki, İnstitutun kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi əməl edir. Bu müddət ərzində İnstitutda bir neçə dəfə dezinfeksiya işləri aparılıb.
manuscript.az