Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Multidissiplinar əlyazmaların tədqiqi” şöbəsinin elmi işçisi Şöhrət Səlimbəylinin “Ruhi Bağdadi yaradıcılığında ictimai motivlər” adlı monoqrafiyası çapa təqdim olunub. Nəşrin elmi redaktoru filologiya elmləri doktoru Paşa Kərimov, redaktorları filologiya elmləri doktoru Raqub Kərimov və filologiya elmlər doktoru, professor Yaqub Babayevdir. Kitabın rəyçisi və “Ön söz” müəllifi isə filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır.

Kitabda göstərilir ki, XVI əsr Bağdad ədəbi mühitində böyük Füzulidən sonra ictimai liri­ka­da haqsızlığa, ədalətsizliyə qarşı etiraz notları Ruhi Bağdadi (1544-1606) yaradıcılığında daha qabarıqdır. Ruhi Bağdadi də sələfi Füzuli kimi XVI əsrdə Osmanlı imperiyasının daxilində baş verən hadisələri dərindən duymuş, onların həqiqi qiymətini verməyə ça­lışmışdır.

Monoqrafiya Ruhi Bağdadinin cəmiyyətə baxışını ortaya qoymaqla yanaşı, şairin dövründə insanların yaşam tərzi haqqında da hərtərəfli təsəvvür yaradır.

manuscript.az