30 aprel 2020-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Multidissiplinar əlyazmaların tədqiqi” şöbəsi ilin ilk dörd ayı ərzində görülən işlərin hesabatı barədə distant iclas keçirmişdir. Şöbə müdiri, filologiya üzrə elmlər doktoru Paşa Kərimov iclası açaraq ilin dörd ayı ərzində görülən elmi işlər, tədqiq, transfoneliterasiya edilən yazılı abidələr, əlyazmalar, əski çap kitabları əsasında nəşrə hazırlanan kitablar barədə məlumat vermişdir. Bildirmişdir ki, özü XV-XVI əsrlərdə yaşamış hürufi şair, Nəsimi ardıcılı Süruri “Divan”ının Kaliforniya nüsxəsindən 2 çap vərəqi həcmində transfoneliterasiya etmiş, İnstitutun direktoru, akademik Teymur Kərimli ilə birlikdə Türkiyədən əldə edilmiş “Qurbani” dastanının yeni çap versiyası barədə geniş məqalə yazaraq “Ədəbiyyat qəzeti”ndə çap etdirmişdir. Hazırda hər iki müəllifin həmin mövzuda yazdıqları elmi məqalə “Əlyazmalar yanmır” jurnalının ingilis dilində xüsusi buraxılışına təqdim edilmək üçün tərcümə olunmaqdadır.
Bundan əlavə, o, şöbənin baş elmi işçisi, fil.e.d. Raqub Kərimovla birlikdə indiyədək əsərləri heç yerdə çap və tədqiq olunmamış XIX əsrin istedadlı şairi Molla Qasım Zakirin şeirlərini Əlyazmalar İnstitutunda saxlanan əlyazma və çap kitabları əsasında transfoneliterasiya edərək nəşrə hazırladığını və geniş ön söz yazaraq nəşrə hazırladığını söyləyib. Bildirib ki, Raqub Kərimovla birgə artıq cari ilin əvvəlində son dövrlərə qədər cəmi bir neçə şeiri işıq üzü görmüş, XIX əsrin görkəmli Azərbaycan şairi Mirzə baxış Nadimin əlyazma irsi əsasında 169 səhifədən ibarət ikinci kitabını nəşr etdirmişlər.
Bildirək ki, bu müddət ərzində Paşa Kərimov “Farsdilli əlyazmaların tədqiqi” şöbəsinin əməkdaşı Rauf Şeyxzamanlı ilə XIX əsrin birinci yarısında yaşamış şair, Cavad xanın qardaşı Fətəli bəy Hali Gəncəvinin şeirlərini əlyazmalar əsasında nəşrə hazırlamış, geniş ön söz yazmış, həmçinin şairin farsca şeirlərini də dilimizə bədii tərcümə etmişdir.
İclasa qatılan filologiya üzrə elmlər doktoru Raqub Kərimov məlumat vermişdir ki, görkəmli şair Məhəmməd ağa Müctəhizadənin (1875-1956) İnstitutunda saxlanan şeirlər toplusunu və tarixi mənbə kimi əhəmiyyət daşıyan “Səfərnamə” əsərini transfoneliterasiya edərək geniş ön sözlə nəşrə hazırlamışdır.
Böyük elmi işçi Zemfira Məmmədova məlumat vermişdir ki, Əlyazmalar İnstitutunda saxlanan tibbə dair əlyazmalar kataloqunun rus dilindəki variantını hesabat müddəti üçün nəzərdə tutulan həcmdə nəşrə hazırlayıb. Qeyd edək ki, bu nəşr hazırlanan əvvəlki Azərbaycan variantından daha genişdir.
Elmi işçi Şöhrət Səlimbəyli bildirib ki, o, “Ruhi Bağdadinin yaradıcılığında ictimai motivlər” adlı 182 səhifə həcmində monoqrafiyasını çap etdirib.
İclasda dissertant və doktorantların tədqiqat işləri üzərində gördükləri iş də müzakirə olunub. Şöbənin aparıcı elmi işçisi Rəna Məmmədova bildirmişdir ki, “Nadir şah Əfşarın xarici siyasəti” adlı doktorluq dissertasiyası və monoqrafiyası üzərində işini bitirmişdir. Elmi işçilər Şöhrət Səlimbəyli “Ruhi Bağdadinin həyat və yaradıcılığı”, Elnurə Babayeva “Əbdürrəhman Caminin “Risaleyi-əruz” əsərinin türk dilinə tərcüməsinin tekstoloji tədqiqi” mövzusunda dissertasiya işlərini müvafiq seminar şurasına təqdim etdiklərini, Rəna İskəndərli və Rüxsarə Məmmədova isə dissertasiyaları üzərində işlərini bitirmək üzrə olduqlarını söyləmişlər.
Paşa Kərimov bu ilin ilk 4 ayı ərzində elmi rəhbəri olduğu dissertantlardan Novruz Bəkirovun “Molla Cümənin ədəbi irsinin tekstoloji tədqiqi” mövzusunda elmi işini uğurla davam etdirib, dissertasiya işi ilə əlaqədar dörd, Əfsanə Quliyevanın “XIX əsr Azərbaycan ədəbiyyatında məsnəvi janrı” mövzusunda işini artıq tamamlamaq üzrə olduğunu və mövzuya aid 3 məqalə çap eydirdiyini söyləyib.
İclasda əməkdaşlar bundan sonra da planda nəzərdə tutulan işlərini davam etdirərək vaxtında tamamlayacaqlarını bildirmişlər.
Qeyd edək ki, 2020-ci ilin ilk kvartalı ərzində “Multidissiplinar əlyazmaların tədqiqi” şöbəsinin əməkdaşları Paşa Kərimov, İbrahim Quliyev, Zemfira Məmmədova, Elnurə Babayeva, Rəna İskəndərli və Rüxsarə Məmmədovanın məqalələri xarici ölkələrdə çap edilib. Çap edilmiş və çapa təqdim edilmiş kitab və məqalələr barədə dəqiq məlumat aşağıda təqdim edilir.
KİTABLAR:
1. Mirzə Baxış Nadim. Seçilmiş əsərləri. II kitab. Nəşrə hazırlayanlar və ön sözün müəllifləri: Paşa Kərimov və Raqub Kərimov. Bakı: “Alatoran”, 2020, 169s.
2. Hacı Zeynalabdin Tağıyev öz dövrünün aynasında. Nəşrə hazırlayanlar və ön sözün müəllifləri: Əbülfəz Həşimoğlu, Əkrəm Bağırov, Paşa Kərimov. Bakı: “Pergament”, 2020, 216s.
3. Molla Qasım Zakir. Şeirlər. Nəşrə hazırlayanlar və ön sözün müəllifləri: Paşa Kərimov və Raqub Kərimov, 100s. (Çapa təqdim edilmişdir).
4. Fətəli bəy Hali Gəncəvi. Şeirlər. Nəşrə hazırlayanlar. Paşa Kərimov və Rauf Şeyxzamanlı. Ön sözün müəllifi və farsca şeirləri tərcümə edən: Paşa Kərimov, 100s. (Çapa təqdim edilmişdir).
5. Məhəmməd ağa Müctəhidzadə. Səfərnamə. 88s. Nəşrə hazırlayan və ön sözün müəllifi: Raqub Kərimov. (Çapa təqdim edilmişdir).
6. Şöhrət Səlimbəyli. Ruhi Bagdadi yaradıcılığında ictimai motivlər. Bakı: “Avropa”, 182s.
MƏQALƏLƏR:
1. Kərimov Paşa. Fətəli bəy Hali Gəncəvinin həyat və yaradıcılığı barədə. 10s. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalında çapdadır.
2. Babayeva Elnurə. Известный представитель классической поэзии Абдуррахман Джами и его произведение «Рисале-и аруз». Науковий вiсник Мiжнародного Гуманiтарного Унiверситету. Сборник наукових праць. Выпуск 42, том I, s.87-91.
3. Məmmədova Zemfira. Qədim əlyazmalar və yeni elmi yanaşma. 8s. “Mədəniyyət.az” jurnalına təqdim edilib.
4. Məmmədova Rüxsarə. Əbu Abdullah Miqdad əs-Süyuri əl Hillinin elmi irsi və “Kənzül-irfan” əsəri. 8s. “AMEA Xəbərlər” məcməsinə təqdim edilib.
5. Məmmədova Rüxsarə. Научное наследие Абу Абдуллаха Микдада ас-Суйири. 7s. «Вестник Российской Академии Наук» məcmuəsinə təqdim edilib.
6. İskəndərli Rəna. Şəmsəddin Sami. Dövrü, ədəbi mühiti, tədqiq tarixi. 11s. “AMEA xəbərləri” məcmuəsinə təqdim edilib.
7. İskəndərli Rəna. Бакинские рукописи и старопечатные книги произведений Шемседдина Сами. 12 s. “Вестник Российской Академии Наук» məcmuəsinə təqdim edilib.
KİTABLARA YAZILMIŞ ÖN SÖZLƏR
1. Kərimov Paşa. Əbru sənəti və incəlikləri (Ön söz) 5s. / Zaur Orucov. Əbru sənəti və sirləri. Bakı: “Tuna” nəşriyyatı, 2020, 120s.
2. Kərimov Paşa. “Ədəbiyyat qəzeti” Həsən bəy Zərdabi barədə/ Həsən bəy Zərdabi “Ədəbiyyat qəzeti”nin səhifələrində. Bakı: “Mütərcim”, 2020, 280s.
3. Kərimov Raqub. Ön söz/ Səbinə Əhmədova. Qarabağ ədəbi mühiti (XIX əsrin ikinci yarısı-XX əsrin əvvəlləri). Bakı: “Ekoprint”, 2020,220s.
KONFRANS MATERİALLARI
1. Kərimov Paşa. Süruri divanının Kaliforniya nüsxəsi: 6s. Ümummilli lider Heydər Əliyevin 97-ci ildönümünə həsr edilmiş elmi konfransın materialları. Bakı Slavyan Universiteti (təqdim edilmişdir).
2. Quliyev İbrahim. Nizami və Hafiz. 6s. Ümummilli lider Heydər Əliyevin 97-ci ildönümünə həsr edilmiş elmi konfransının materialları: Bakı Slavyan Universiteti. (təqdim edilmişdir).
3. Babayeva Elnurə. Aruz in the works of Abdurrahman Jami. / Филологiчнi науки: сучаснi тенденцii та фактори развитку” Мıжнародна науково-практична конференцiя. Одесса. 24-25 сiчня, 2020, s.31-34
QƏZET MƏQALƏLƏRİ
1. Paşa Kərimov. Filologiya elmində Turxan Gəncəyi fenomeni. “525-ci qəzet”, 1 mart.
2. Teymur Kərimli, Paşa Kərimov. “Qurbani” dastanının İstanbul çapı. “Ədəbiyyat qəzeti”, 10 mart.
Əlyazmalar İnstitutunun facebook səhifəsi