29 noyabr 2016-cı il tarxdə Türkiyə İş birliyi və Koordinasaiya Agentliyinin (TIKA) Bakı ofisinin kordinatoru Adem Urfa, Baki Proqram koordinatorunun müavini Mehmet Ali Yetiş və Bakı ofisinin əməkdaşı Abbas Hümmətov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olublar. Qonaqları institutun elmi işlər üzrə direktor müavinləri, filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva- Kəngərli, Paşa Kərimov, elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov və Bərpa və Gigiyena şöbəsinin elmi işçisi Zaur Orucov qəbul etmişlər.Fil.ü.e.d. Aybəniz Əliyeva - Kəngərli TİKA kimi nüfuzlu bir təşkilatın Əlyazmalar İnstitutuna xüsusi diqqət və qayğı ilə yanaşdığından məmnun olduğunu bildirdi və bu əməkdaşlığın gələcəkdə daha çox səmərə verəcəyini qeyd etdi. O, Əlyazmalar İnstitunun Azərbaycanda öz ixtisası üzrə yeganə mərkəz olduğunu vurğuladı. TİKA koordinatoru Adem Urfa adıçəkilən təşkilatın iki ölkə arasında bir körpü rolunu oynadığını bildirdi və hər iki ölkənin əlyazmalarəının elektronlaşdırılması yolu ilə onların dünyaya açılması vaxtının çatdığını bildirdi. Sonra qonaqlar Elektron resurslar şöbəsindəki avadanlıqlara baxış keçirdilər. Bərpa və Gigoiyena şöbəsinin işi ilə tanış olan TİKA nümayəndələri şöbənin işinin yaxşılaşdırılması üçün əllərindən gələn köməyi əsirgəməyəcəklərini bildirdilər.