Kitabda Azərbaycanın Xalq yazıçısı, bir çox məsul vəzifələrdə çalışan Mirzə İbrahimovun həyat yoldaşına yazdığı məktublar, eləcə də digər vacib tarixi materiallar tədqiqatçı Aslan Kənan tərəfindən əski yazıdan latın qrafikasına çevrilərək kitablaşdırılıb. Kitabın redaktoru AMEA Əlyazmalar institutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.