Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının üçüncü nömrəsi işıq üzü görüb.“Çoxmədəniyyətlilik” bölməsində filologiya elmləri doktoru Paşa Kərimovla filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevin “Multikultural dəyərlər Azərbaycan ədəbiyyatının ideya-estetik təməli kimi” məqaləsi yer alıb. Qeyd edək ki, jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir. “Multikulturalizm” jurnalı fəaliyyətini Azərbaycan Prezidentinin müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ olunması istiqamətində qurur.