“Elm və təhsil” nəşriyyatı AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu əməkdaşı İradə Vəzirovanın “Abbasqulu ağa Bakıxanovun şəxsi arxivinin təsviri” kitabını nəşr etmişdir. Kitabda görkəmli alim, şair, mütəfəkkir, hərbi diplomat Abbasqulu ağa Bakıxanovun həyat və yaradıcılığına aid səndələrin: məktublar, təliqələr, şəkillər, teleqramlar, fotoşəkillər, onun haqqında yazılmış məqalələrin təsviri verilmişdir. İ.Vəzirova A.Bakıxanovun şəxsi arxivində 100-dən artıq məktubun, 100-dən çox təliqənin, 4 arxiv iş qovluğunun , “Müasirləri Bakıxanov haqqında” adlı kitabın makina çapının, 3 müqavilənin, 2 teleqramın, 3 raportun, 23 elmi məqalənin, 31 məktub zərfinin, 5 şəklin və digər sənədlərin yer aldığını və ilk dəfə onların izahlı elmi təsvirinin verildiyini bildirmişdir. Kitabı Bakıxanovşünaslıda irəliyə doğru ciddi bir addım saymaq olar.

Kitabın redaktoru fil.ü.f.d. Əkrəm Bağırov, rəyçisi fil.ü.e.d. Paşa Kərimovdur.

elyazmalarinstitutu.com