AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Nigar Babaxanovanın “Beynəlxalq informasiya mühiti və elmi-mədəni inteqrasiya” kitabı işıq üzü görmüşdür. Kitab giriş, Beynəlxalq elmi kommunikasiya müstəvisində informasiya mübadiləsi, Azərbaycan beynəlxalq informasiya mühitində: informasiya və çap məhsullarının mübadiləsi sahəsində əməkdaşlığın yaranması və inkişafı, Elmi-mədəni inteqrasiya tarixi və elmi – təşkilati aspekt, Beynəlxalq standartlar və onların informasiya mübadiləsi prosesində tətbiqi, Beynəlxalq elektron informasiya resursları və onlardan istifadə məsələlərindən və nəticədən ibarətdir.

Kitabın elmi redaktoru AMEA Məhəhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli, elmi rəyçiləri filologiya üzrə elmlər doktoru Paşa Kərimov və tarix üzrə elmlər doktoru, professor Fərid Ələkbərlidir. Beynəlxalq elmi-mədəni proqramlar üzrə məsləhətçi isə ABŞ Şərqi Nyu-Mexiko Universitetinin beynəlxalq əlaqələr və xüsusi təhsil üzrə professoru Maykl Şauqnessidir.

Monoqrafiya qlobal informasiya mühitinin təşəkkül və inkişaf tarixinə, intellektual inteqrasiyanın elmi-təşkilati məsələlərinə həsr olunmuşdur.

elyazmalarinstitutu.com