Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Qarabağ ədəbi mühitinin nümayəndəsi, şair Məhəmməd ağa Müctəhidzadənin yaradıcılığı geniş araşdırılıb.

AMEA Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov AZƏRTAC-a bildirib ki, hazırda şairin əsərləri nəşrə hazırlanır. Qarabağ ədəbi mühitinin inkişafında Məhəmməd ağa Müctəhidzadənin mühüm rolu olub. Şairin yaradıcılığında vətənpərvərlik, lirik-aşiqanə şeirləri üstünlük təşkil edir.

azertag.az