AMEA Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin şeirlər toplusu divanının surətini əldə etmişdir. İsmaililərin başçısı Sədrəddin Ağaxanın İsveçrənin Cenevrə şəhərində yerləşən kolleksiyasından alınmış bu divanda şairin fars və Azərbaycan dillərində yazdığı şeirlər toplanmışdır. Maraqlıdır ki, İbrahimin Cahinin anadilli şeirlər toplusunda şifahi xalq ədəbiyyatı janrlarında yazılan şeirlər də vardır.