Avqustun 8-də İsraildə fəaliyyət göstərən İsrail - Azərbaycan Dostluq Cəmiyyətinin sədri Anatoli Binyaminov AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət etmişdir. Qonağı institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov qarşılamışdır. Ziyarət zamanı A.Binyaminov İsraildə saxlanan bəzi şərq əlyazmaları barədə məlumat vermiş, Azərbaycanda saxlanan əlyazmalar barədə bilgi almışdır. Söhbətin sonunda Anatoli Binyaminov İsraildə saxlanan orta əsr şərq əlyazmalarını tədqiq etmək üçün Azərbaycanlı araşdırmaçıları vətəninə dəvət etmişdir.