Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Azərbaycan Televiziyasının “Səhər” proqramının qonağı olub. Proqramda yeni əldə olunmuş əlyazmalar, əlyazmaların tədqiqi və bu sahədə kadr hazırlığı, Əlyazmalar İnstitutunun beynəlxalq əlaqələri, Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr edilmiş “Molla Pənah Vaqif: Sələflər və xələflər- erkən yeni dövr əlyazmaları və Azərbaycan ədəbiyyatının tarixi problemləri” mövzusunda XV ənənəvi respublika elmi-nəzəri konfransı barədə geniş məlumat verilib.

AZTV: “Səhər” proqramı: (31.10.2017)