31 oktyabr 2017-ci il tarixdə Fuad İzzət oğlu Nurullayevin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsində yerinə yetirilmiş “Akademik Vasim Məmmədəliyevin elmi-dini fəaliyyəti” (ixtisas:7213.01-dinşünaslıq) mövzusunda dissertasiya işinin müdafiəsi olub. Dissertasiyanın birinci fəslində alimin həyatı, yaradıcılığı, elmi-dini fəaliyyəti araşdırılmış, onun respublikamızın islam dünyası ölkələri ilə əlaqələrinin möhkəmlənməsindəki rolu tədqiq edilib. İkinci fəsildə akademik Vasim Məmmədəliyev bir Quranşünas alim kimi təqdim olunmuş, onun müqəddəs kitabımızın tərcüməsi və nəşri sahəsindəki fəaliyyəti öyrənilib. Dissertasiya işi Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə elan edilmiş “İslam həmrəyliyi ili”nə həsr edilib.

elyazmalarinstitutu.com