L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin tarix fakültəsinin magistrantları Orken Beketaev, Daken Xamzabek, Saltanat Sadvakasova, Ayaqoz Sultanova AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Qonaqları institutun elmi işlər üzrə direktor müavinləri, filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov, insititutun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfov qarşılayıblar. Qazaxıstanlı magistrantlar Əlyazmalar İnstitutunda arxivlər üzərində işin təşkili ilə bağlı fəaliyyəti öyrənmək istədiklərini bildiriblər. İnstitutun direktor müavini Paşa Kərimov qonaqlara arxiv fondunun təşkili, əlyazmaların mühafizəsi, onlardan istifadə qaydaları barədə məlumat verib. Qonaqlar Əlyazmaların Gigiyena və bərpası labarotoriyasının işi və institutun Sərgi Salonunda nümayiş etdirilən əlyazma nümunələri ilə tanış olublar.

elyazmalarinstitutu.com