İtaliyanın Piza şəhərində həyata keçirilən Avisenna layihəsinin saytında Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimova minnətdarlıq bildirilmişdir. Avisenna layihəsinin icraçıları Şərqin böyük alimi İbn Sinanın əsərlərinin, dünyanın müxtəlif kitabxanalarında saxlanan ən dəyərli əlyazmalarının surətləri, onların elmi təsviri və əhəmiyyəti barədə məlumatları toplamaqdadırlar. Adları çəkilən Azərbaycan alimləri İbn Sinanın Əlyazmalar İnstitutunda saxlanan dəyərli əlyazmaları barədə layihəyə məlumat vermişlər. Bundan sonra Avisenna layihəsində AMEA Əlyazmalar İnstitutunun adı və buradakı İbn Sina əlyazmaları barədə məlumat əksini tapacaqdır.