Türkiyədə Azərbaycanın görkəmli dövlət xadimi və şairi Şah İsmayıl Xətainin lirik şeirlər toplusu – divanının elmi-tənqidi mətni çapdan çıxmışdır. Mətnin tərtibçisi professor Muhsin Macit kitaba Xətai yaradıcılığından bəhs edən geniş tədqiqat işini də daxil etmişdir. Türkiyə Respulikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş Nazir Binali Yıldırım, Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş kitaba ön söz yazmışlar. Tərtibçi Muhsin Macit özünün ön sözündə kitabın əlyazma qaynaqları ilə təmin edilməsində yardım etmiş AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimova, aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəlalə Hümmətliyə minnətdarlığını bildirmişdir.

elyazmalarinstitutu.com