“Şərq-Qərb” nəşriyyatında Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi fəaliyyətini əks etdirən “Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin hamisi” adlı nəfis tərtibatla, foto materiallarla zəngin kitab çapdan çıxıb. Fransız və Azərbaycan dillərində işıq üzü görmüş bu kitab yerli və fransızdilli xarici oxuculara Mehriban xanım Əliyevanın mədəniyyətin hamisi kimi Azərbaycan və dünyada gördüyü işlər barədə məlumat vermək məqsədilə nəşr edilib. Kitabın tərtibçisi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Əzizə Ələkbərova, elmi redaktoru Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.

Kitabı fransız dilinə Həbib Babayev və Zaur Mustafayev tərcümə etmişlər. Bu, Mehriban Əliyevanın mədəniyyətin hamisi kimi fəaliyyətinə dair fransızca yazılmış ilk kitabdır.

elyazmalarinstitutu.com