“Elm və təhsil” nəşriyyatı Şahlar Şərifovun “Məhəmmədhəsən Mövlazadə Şəkəvi və onun “Kitabül-bəyan fit-təfsiril Quran” əsəri”ni çap edib. Kitab M.Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilib. Monoqrafiyada görkəmli Azərbaycan alimi Məhəmmədhəsən Mövlazadə Şəkəvinin mühiti, həyat və yaradıcılığı və adıçəkilən əsəri araşdırılıb. Onu da qeyd edək ki, Axund Məhəmmədhəsən İsmayıl oğlu Şəkəvinin “Kitabül-bəyan fit-təfsiril Quran” nə keçmiş Sovetlər Birliyində, nə də postsovet məkanında indiyədək araşdırılmayıb. Bu mənada adıçəkilən monoqrafiyanı Şəkəvinin elmi irsinin öyrənilməsində ilk təşəbbüs kimi qiymətləndirmək olar.

Monoqrafiya giriş, “Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvinin mühiti, həyatı və fəaliyyəti, onun “Kitabül-bəyan fit-təfsiril Quran” əsərinin təsfir elmində yeri” adlı iki fəsildən ibarətdir. Kitabın baş elmi məsləhətçisi t.ü.e.d., prof. Şeyxülislam Hacı Allahşükür Paşazadə, elmi redaktoru fil.ü.e.d., prof. Kamandar Şərifovdur. Əsərə fil.ü.e.d. Paşa Kərimov, t.ü.e.d., prof. Anar İskəndərli rəy vermişlər.

elyazmalarinstitutu.com