Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis kitabxanasından osmanlı şairi Tacəddin İbrahim Əhmədinin “İsgəndərnamə” poemasının surətini əldə etmişdir. Şair əsəri 1390-cı ildə I Sultan Bəyazidin oğlu Əmir Süleymana təqdim etmişdir. Səkkiz min beytdən artıq həcmdə olan bu əsər türkcə ilk “İsgəndərnamə”dir. Əhmədi osmanlı ədəbiyyatında Nizami ədəbi məktəbinin ən görkəmli nümayəndələrindəndir.

elyazmalarinstitutu.com