“Elm” nəşriyyatı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivinin təsvirini çap edib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, arxivdə Ü.Hacıbəylinin tərcümeyi-halı, şəxsi sənədləri, notları və musiqi nəzəriyyəsi barədə tədqiqatlarının əlyazmaları, məktubları, ictimai fəaliyyəti ilə bağlı sənədlər və s. haqqında məlumatlar əksini tapıb. Bu materialları filologiya üzrə fəlsəfə doktoru, mərhum tədqiqatçı Elmira Əlibəyli, elmi işçi Aytən İmanova təsvir ediblər. Kitabın elmi redaktoru Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmlər doktoru Paşa Kərimovdur.

azertag.az