"Elm və təhsil" nəşriyyatında XIX əsrin sonları - XX əsrin birinci yarısında yaşamış, Qarabağ ədəbi mühitinin yetirməsi şair İbrahim Tahir Musayevin (1869-1943) Firdovsinin "Şahnamə" poemasından etdiyi tərcümələri nəşr edilmişdir. Kitabı nəşrə hazırlayan Akif Quliyev, elmi redaktor və ön sözün müəllifi Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.